Xatuna Nərimanidze (2 fevral 1974, Tbilisi, Gürcüstan) — Gürcüstanlı oxatan. Xatuna Nərimanidze Gürcüstanı 2004, 2008 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Xatuna Nərimanidze həmdə 2015-ci ildə baş tutan I Avropa Oyunlarının gümüş medalını qazandı.
Xatuna Nərimanidze | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Xatuna Nərimanidze |
Doğum adı | Khatuna Narimanidze |
Vətəndaşlığı | Gürcüstan |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Gürcüstan |
İdman növü | Kamandan oxatma |
11 sentyabr 2016 tarixində yenilənib. |
Xatuna Nərimanidze birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. O, Afinada baş tutan XXVIII Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində İspaniyanın nümayəndəsi Almudena Qallardo ilə üz-üzə gəldi. Həmin görüşdə Xatuna Nərimanidze rəqibinə 132:148 hesabı ilə uduzdu.
Xatuna Nərimanidze növbəti Olimpiya Oyunlarına 4 ildən sonra Pekində qatıldı. O, XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Butanın nümayəndəsi Dorji Dema ilə üz-üzə gəldi. Həmin görüşdə Xatuna Nərimanidze rəqibinə 107:97 hesabı ilə qalib gəldi. Növbəti görüşündə isə Xatuna Nərimanidze Venesuela idmançısı Leydis Brito ilə qarşılaşdı. Həmin qarşılaşmadan Xatuna Nərimanidze 111:98 hesablı qələbə ilə ayrılsada, növbəti görüşdə Meksika təmsilçisi Mariana Avitiaya 108:109 hesabı ilə uduzaraq mübarizəni dayandırdı.
Xatuna Nərimanidze özünün üçüncü Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyrodə baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Lidiya Siçenikova ilə üz-üzə gəldi. Həmin görüşdə Xatuna Nərimanidze rəqibinə 1:7 hesabı ilə uduzdu.