Xavyer Mileyin prezidentliyi dövrü onun 10 dekabr 2023-cü ildə, 4 illik vəzifəsi üçün and içməsi ilə başlamış və Miley vəzifəyə vitse-prezident Viktoriya Viyarruel ilə birlikdə gəlmişdir. Seçkilər Argentinada pul böhranı davam edərkən baş tutmuş və Miley 2-ci turda 55,65% səs toplayaraq keçmiş iqtisadiyyat naziri Sergio Massaya qalib gəlmişdir.
Miley öz namizədliyini 11 aprel 2023-cü il tarixində Clarín qəzeti ilə müsahibəsində açıqlayıb[ 1] və öz yoldaşı kimi Argentina Demokrat Partiyasının deputatı Viktoriya Viyarrueli seçib.
O, seçkilər zamanı sağ libertarian ideologiyası ilə seçilmiş, sağ populist fikirləri inflyasiyanın 100%-i aşdığı ölkənin sorğularında yüksəlməsinə kömək olmuşdur.
Xavyer Mileyin kabineti də vəzifəyə 10 dekabr 2023-cü ildə başladı. Sabiq prezident Alberto Fernandesin heyəti istefa verəndən sonra Miley əksəriyyəti Azadlıq İrəliləyir və Dəyişiklik üçün Birlikdə koalisiyalarından olan öz kabinet üzvlərini vəzifələrə təyin elədi.[ 2] [ 3] [ 4]
Prezident kimi vəzifəyə başlayandan sonra Xavyer Miley nazirlər və nazirliklərlə bağlı bir sıra fərmanlar, sərəncamlar imzaladı. Nikolas Posse Kabinetin sədri , Giyermo Frankos Daxili İşlər naziri , Diana Mondino Xarici İşlər, Beynəlxalq Ticarət və İnanc naziri , Luis Petri Müdafiə naziri , Luis Kaputo İqtisadiyyat naziri , Patrisia Bulriç Təhlükəsizlik naziri və Mario Russo Səhiyyə naziri təyin olundu. 10 dekabr 2023-cü il tarixində Miley 8-ci (prezident səlahiyyətlərinin icraçısı kimi birinci) fərmanında qanunda dəyişiklik edərək mövcud olan 19 nazirliyin sayını 9-a saldı.[ 5]
↑ Paladini, Eduardo. "Javier Milei decidió que será candidato a presidente: qué tiene, cuánto mide y a quiénes quiere sumar" [Javier Milei decided that he will be a candidate for president: what he has, how tall he is and who he wants to join]. Clarín (ispan) . 11 April 2022. 11 December 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 11 December 2023 .
↑ Carpena, Ricardo. "Peleas y reacomodamientos: comienza el gobierno que transformará para siempre al PRO y a Juntos por el Cambio" [Fights and rearrangements: the government that will forever transform the PRO and Together for Change begins]. Infobae (ispan) . 10 December 2023. 11 December 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 11 December 2023 .
↑ Moreno, Matías. "Juntos por el Cambio, en trance de descomposición y con rol ambiguo en el inicio del ciclo de Milei" [Together for Change, in a state of decomposition and with an ambiguous role in the beginning of the Milei cycle]. La Nación (ispan) . 10 December 2023. 11 December 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 11 December 2023 .
↑ Moreno, Matías. "Con matices, Juntos por el Cambio mostró una actitud colaborativa tras el duro diagnóstico de Milei" [With nuances, Together for Change showed a collaborative attitude after Milei's harsh diagnosis]. La Nación (ispan) . 10 December 2023. 11 December 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 11 December 2023 .
↑ "Boletín Oficial República Argentina – LEY DE MINISTERIOS – Decreto 8/2023" . BoletinOficial.gob.ar (ispan) . 10 December 2023. 17 December 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 16 December 2023 .