Xaybula Musalov (4 dekabr 1990; Qunib rayonu, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən boksçu.
Xaybula Musalov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Xaybula Ənvərbəyoviç Musalov |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Qunib rayonu, Dağıstan MSSR |
Boyu | 180 sm. (5 ft 7 in) |
İdman növü | Boks |
Xaybula Ənvərbəyoviç Musalov 1990-cı il dekabrın 4-də Rusiyanın Qunib rayonunda anadan olub.
Xaybula Musalov 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Fransa nümayəndəsi Kristian M'Billiyə (3:0), 1/4 final mərhələsində Belarus təmsilçisi Vitali Bandarenhaya (3:0), 1/2 final mərhələsində isə Macarıstan nümayəndəsi Zoltan Harcsaya (3:0) qalib gələn Xaybula Musalov, final görüşündə İrlandiya təmsilçisi Mixael O'Reilli ilə üz-üzə gəldi. Həlledici görüşdə Xaybula Musalov rəqibinə 0:3 hesabı ilə məğlub oldu və I Avropa Oyunlarının gümüş medalına sahib oldu.[1]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Xaybula Ənvərbəyoviç Musalov "Tərəqqi" medalı ilə təltif edildi.[2]
Avropa Oyunları | Azərbaycan |