Azərbaycanda idman

Azərbaycanda idmanAzərbaycan mədəniyyətində mühüm rol oynayır.

2022-ci ildə dünya ölkələrinin qlobal idman reytinqində Azərbaycan dərhal 43 pillə yüksələrək 162 xalla 46-cı yeri tutdu. Eyni zamanda, Avropada Respublika 26-cı yerdədir.[1]

İdman növünə görə

[redaktə | mənbəni redaktə et]

Komanda idman növləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azərbaycanda futbol

Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb.[2] Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil edirdilər.[2] İlk rəsmi çempionat Bakıda 1911-ci ildə keçirilib, qalib isə İngiltərə Neft Şirkətinin "Britaniya Klubu" komandası olub.[2] 1912-ci ildə "Bakı" komandası Tbilisidə "Sokol" komandasına qarşı ilk beynəlxalq oyununu keçirib və 4:2 hesabı ilə qalib gəlib.[2] 1914-cü ildə Azərbaycanda Futbol İttifaqı yaradılmışdır. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili, keçirilməsini öz üzərinə götürmüşdür.

1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasında Azərbaycan ilk yoldaşlıq oyununu Gürcüstan və Ermənistana qarşı keçirmişdir.[3] Azərbaycanın futbol yığması özünün ilk yoldaşlıq oyunlarını 1929-cu ildə Tehranda İran yığmasına qarşı keçirib və həmin oyunlarda 4:0, 4:1 və 11:0 hesabı ilə üç böyük qələbə qazanıb.[2]

Azərbaycan futbolunun "qızıl dövrü" 1960-cı illər sayılır.[4] Məhz bu dövrdə Azərbaycandan Anatoli BanişevskiƏləkbər Məmmədov kimi futbolçular çıxmış, futbol hakimi Tofiq Bəhramov isə 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.[5][6] SSRİ milli futbol komandasının tərkibində çıxış edən digər futbolçulardan Kazbek Tuayev, Nikolay Smolnikov, Vitali Şevçenkoİqor Ponomaryovu qeyd etmək olar.

Azərbaycan SSRİ-nin tərkibindən çıxmasından sonra, 1992-ci ildə ölkədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaranmışdır.[7] AFFA 1994-cü ildə UEFAFİFA-ya qəbul edildi.[2] Həmin andan futbol üzrə Azərbaycan milli futbol komandası 1996-cı il Avropa çempionatının seçmə oyunlarında iştirak etməyə başlayıb.[2]

Ölkənin uğurlu futbolçularından Asim Xudiyev, Aslan Kərimov, Bədavi Hüseynov, Branimir Subaşiç, Dimitri Nəzərov, Elbrus Abbasov, Elvin Məmmədov, Elvin Yunuszadə, Emin Ağayev, Əfran İsmayılov, İsgəndər Cavadov, Fərrux İsmayılov, Kamran Ağayev, Qara Qarayev, Qurban Qurbanov, Mahir Emreli, Mahir Şükürov, Mahmud Qurbanov, Maksim Medvedev, Maşalla Əhmədov, Nazim Süleymanov, Rahid Əmirquliyev, Ramil Şeydayev, Rauf Əliyev, Rəşad Sadıqov, Rəşid Özbəyov, Riçard Almeyda, Rüfət Dadaşov, Sergey Kramarenko, Səməd Qurbanov, Səmədağa Şıxlarov, Tərlan Əhmədov, Vaqif Cavadov, Vəli Qasımov, Vidadi Rzayev, Vüqar NadirovZaur Tağızadəni qeyd etmək olar.

border=none Əsas məqalə: Azərbaycanda voleybol

Azərbaycanda voleybolun yaranması 1926-cı ilə təsadüf edir.[8] Moskvanın İnqilab və Kamera teatrlarının artistləri 1926-cı ildə Bakıda ilk voleybol oyununu keçiriblər.[8] Həmin il də Azərbaycan voleybolunun yaranma tarixi kimi qəbul edilir.[8] İlk voleybol bölməsini isə bədən tərbiyəsi təlimatçısı Nikolay Arunovun rəhbərliyi altında dəmiryol işçiləri yaradıb. Sonradan neftçilər və tələbələr də onlara qoşulublar.[8] Bu yolla da "Qornyak", "Dinamo", "Kommunalnik" kimi komandalar formalaşmağa başlayıb.[8] 1932-ci ildə isə ilk Bakı çempionatı təşkil olunub və həmin yarışın ən güclüsü adını dəmiryolçular qazanıblar.[8] 1935-ci il martın 12-dən 17-dək keçirilən 3-cü SSRİ çempionatı Azərbaycanda təşkil olunub.[8] Paytaxt Bakının "Dinamo" İdman Zalında 12 kişi və 12 qadın komandası gücünü yoxlayıb.[8]

Azərbaycan Respublikası 1992-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq miqyaslı yarışlarda öz milli komandası ilə çıxış etməyə başladı. 1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol FederasiyasıAvropa Voleybol Konfederasiyası, 2005-ci ildə isə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) daxil olmuşdur.[9]

Ölkənin uğurlu voleybolçularından Alla Həsənova, Ayşən Əbdüləzimova, Faiq Qarayev, Feliks Məmmədov, Gülşən Kərimova, İnessa Qorxmaz, İnna Rıskal, Kseniya Poznyak, Nataliya Məmmədova, Natəvan Qasımova, Oksana Kiselyova, Oksana Kurt, Polina Rəhimova, Yana Matiasovska-Ağayeva, Yelena Arifova, Yelena Parxomenko, Yelena Şabovta, Yelizaveta SəmədovaValeriya Məmmədovanı qeyd etmək olar.

border=none Əsas məqalə: Azərbaycanda həndbol

Azərbaycanda həndbolun inkişafına ilk dəfə 1926–1928-ci illərdə cəhd edilsə də, ölkədə həndbolun yaranması və inkişafı haqqında ilk məlumat 1955-ci ilə təsadüf edir.[10] Azərbaycanın ilk hərbi həndbol komandasının banisi V. Çernoqortsev həmin il Leninqradda təhsil aldıqdan sonra Bakıya qayıdaraq seminar təşkil edir və yeni oyun haqqında məlumat verir.[10]

Fərdi idman növləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azərbaycanda şahmat

Azərbaycanda geniş yayılmış idman növlərindən biri olan şahmat zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. 1970-ci illərindən etibarən Azərbaycanda şahmata böyük diqqət göstərilmiş, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılmışdır. Şahmat sahəsində əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikada şahmata göstərilən marağı daha da artırmışdır.

Şahmat üzrə Milli Komandaların Avropa çempionatında kişilərdən ibarət Azərbaycan milli komandası 3 qat Avropa çempionu, qadınlardan ibarət Azərbaycan milli komandası iki dəfə bürünc medal qazanıb.[11]

Ölkənin uğurlu şahmatçılarından Abdulla Qədimbəyli, Ayan Allahverdiyeva, Aydan Höccətova, Aydın Hüseynov, Aydın Süleymanlı, Aynur Sofiyeva, Azər Mirzəyev, Elmar Məhərrəmov, Eltac Səfərli, Faiq Həsənov, Fərid Abbasov, Firuzə Vəlixanlı, Gülnar Məmmədova, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Xəyalə Abdulla, İlahə Qədimova, Qədir Hüseynov, Namiq Quliyev, Nərgiz Umudova, Nərmin Kazımova, Nicat Abasov, Nicat Məmmədov, Rauf Məmmədov, Rəşad Babayev, Sərxan Quliyev, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Türkan Məmmədyarova, Ülvi Bacarani, Ülviyyə Fətəliyeva, Vasif Durarbəyli, Vüqar Əsədli, Vüqar HəşimovZeynəb Məmmədyarovanı qeyd etmək olar.

Azərbaycan Olimpiya Oyunlarında

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Olimpiya Hərəkatı tarixini ümumiyyətlə, şərti olaraq üç dövrə bölmək olar: Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya Oyunlarında iştirak etdiyi 1952–1988-ci illəri əhatə edən dövr, 1988–1992-ci illərdə oyunlara hazırlıq mərhələsini başa vuraraq, orada Müstəqil Dövlətlər Birliyinin yığma komandası tərkibində iştirak etdiyi dövr və Azərbaycanın müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğu 1992-ci ildən sonrakı dövr.[12]

Azərbaycan idmançıları SSRİ yığma komandasının tərkibində Olimpiya oyunlarının doqquzunda 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst üsulla güləşçi Rəşid Məmmədbəyovun 1952 Yay Olimpiya Oyunlarıında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya oyunlarında ilk uğuru kimi qiymətləndirilir.[12] Sonrakı olimpiyadalarda sprinter məsafələrinə qaçan Yuri Konovalovun, müasir beşnövçü Viktor Mineyevin, voleybolçu İnna Rıskalın, hənbolçular Rəfiqə ŞabanovanınLyüdmila Şubinanın, qılıncoynadan İlqar Məmmədovun, futbolçu İqor Ponomaryovun və başqalarının uğurlu çıxışları Azərbaycan idmanının nüfuzunu artırdı.[12]

1992 Yay Olimpiya Oyunlarında Azərbaycan idmanı Müstəqil Dövlətlər Birliyinin yığma komandasında cəmi 5 nəfərlə təmsil olunsa da, Azərbaycan idmançılarından ikisi — cüdoçu Nazim Hüseynov və gimnast Valeri Belinki qızıl medal alaraq, Olimpiya çempionu adına layiq görüldülər.[12]

1992-ci ildə Milli Olimpiya Komitəsinin yaradılması ilə ölkənin Olimpiya Hərəkatında yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi.[12] Azərbaycan ilk dəfə olaraq 1996 Yay Olimpiya Oyunlarında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi.[12] 197 ölkənin iştirak etdiyi bu oyunlarda Azərbaycan 61-ci yer tutdu.[12] Sərbəst üsulla güləşçi Namiq Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə müstəqil Azərbaycan Respublikası idmanının ilk yüksək nəticəsi kimi qiymətlidir.[12]

Qış idman növləri Azərbaycanın idman həyatında yalnız kiçik bir rol oynayır, çünki Azərbaycanda qış iqlimi qış idman növləri çox tətbiq edilməsi üçün kifayət qədər soyuq deyildir.[13] Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən daim iştirak etsə də, heç bir medal qazanmayıb.

Əlillik idmanı

[redaktə | mənbəni redaktə et]
Oloxan Musayev 2008 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən 5-ci Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etmişlər.[14] Ölkənin uğurlu paraolimpiyalı idmançılarından cüdoçular İlham Zəkiyev, Afaq Sultanova, Bayram Mustafayev, Ramil Qasımov, Kərim Sərdarov, Rövşən Səfərov, Ramin İbrahimovTofiq Məmmədov, atletlər Zeynəddin Bilalov, Vüqar Mehdiyev, Vladimir Zayets, Oloxan Musayev, Oleq Panyutin, Kamil Əliyev, İradə Əliyeva, Hüseyn Həsənov, atıcı Yelena Taranova və üzgüçü Natali Proninanı qeyd etmək olar.

Mühüm idman məkanları

[redaktə | mənbəni redaktə et]

Milli stadionlar

[redaktə | mənbəni redaktə et]

Ölkənin əsas milli stadionları aşağıda qeyd olunub:

Qapalı arenalar

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda mühüm qapalı arenalardan Bakı Atıcılıq Mərkəzi, Bakı İdman Sarayı, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev adına İdman ArenasıMilli Gimnastika Arenasını qeyd etmək olar.[15] Bakı Tennis Akademiyası 2009-cu il mayın 5-də istifadəyə verilib və Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur.[16] 8-ci mikrorayonda yerləşən akademiyanın ümumi ərazisi 2,7 hektardır.[16]

Azərbaycanda ilk velodrom olan Bakı şəhərində velosiped treki 1980-ci ildə istifadəyə verilib. Bakı metrosunun 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən velotrek 2010-cu illərdə yenidən qurulub. Trekin beton örtüyünün perimetri 333 metr 33 santimetr olmaqla, ümumi ərazisi 13 hektardır.[17]

Bakı Veloparkı 2015-ci il mayın 13-də istifadəyə verilib.[18] Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində yerləşən BMX veloparkında 2015 Avropa Oyunlarının müvafiq yarışı keçirilib.[18] Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onunda sahəsi 6700 kvadratmetrdir.[18] Həm yarış iştirakçıları həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı veloparkda 1197 nəfərlik tamaşaçı yeri yaradılıb.[18] Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb.[18]

Motor yarışması dairələri

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə tikilən Bakı Şəhər Halqasında Formula 1 avtomobil yarışına aid olan Azərbaycan Qran-prisi keçirilir.[19] Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.[19]

  1. "Резкий скачок Азербайджана в глобальном спортивном рейтинге" (rus). news.day.az. 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-10.
  2. 1 2 3 4 5 6 7 "100 il! Azərbaycan futbolu tarixindən maraqlı faktlar". trend.az. trend.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2019.
  3. "World Football Elo Ratings: Azerbaijan". www.eloratings.net. www.eloratings.net. 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  4. Cruz, Sarah. "Football in Azerbaijan: Pride and Heritage". cushtravel.com. cushtravel.com. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  5. Wright, Joe. "Tofiq Bahramov - the story of football's most famous linesman". www.goal.com. www.goal.com. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  6. "Baku memorial for 1966 linesman". news.bbc.co.uk. BBC. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  7. "AFFA-nın 20 İLLİK FƏALİYYƏTİNƏ "2" VERİLDİ". www.musavat.com (Azerbaijani). 19 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  8. 1 2 3 4 5 6 7 8 "Voleybolun Bakıya gəlişi ilə tarixə düşən ilklər". lent.az. lent.az. 2019-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2019.
  9. "VOLEYBOLUN YARANMASINDAN 122 İL ÖTÜR". supersport.az. supersport.az. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2019.
  10. 1 2 "Azərbaycan həndbolunun inkişaf tarixi". handball.az. handball.az. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2019.
  11. "Azerbaijan wins European Team Chess Championship 2017". jam-news.net. jam-news.net. 2019-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2019.
  12. 1 2 3 4 5 6 7 8 Heydər Əliyev və Azərbaycanda Olimpiya Hərəkatı (PDF). Bakı. 2002. 2019-12-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2019.
  13. "Yaqudin Azərbaycanda qış idman növlərinin inkişafı haqqında". oxu.az. oxu.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2019.
  14. "Komitə Haqqında". www.paralympic.az. www.paralympic.az. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2019.
  15. "Bakı Atıcılıq Mərkəzi". www.mys.gov.az. www.mys.gov.az. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2019.
  16. 1 2 "Bakı Tennis Akademiyası". www.mys.gov.az. www.mys.gov.az. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2019.
  17. "Respublika Velotreki". www.mys.gov.az. www.mys.gov.az. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2019.
  18. 1 2 3 4 5 "Velopark". www.mys.gov.az. www.mys.gov.az. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2019.
  19. 1 2 "Halqa üzrə bələdçi". formulaone-west.azurewebsites.net. formulaone-west.azurewebsites.net. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]