Xertvisi qalası (gürc. ხერთვისის ციხე, translit. xertvisis tsixe) — Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti diyarında qədim dövrlərə aid qala. Bu, Gürcüstandakı ən qədim qalalardan biridir və Gürcüstandakı feodal dövrü boyunca istifadə edilmişdir. Xertvisi qalası Gürcüstan tarixində əsrlər boyu əhəmiyyətli bir rola malik olmuşdur. Qala 24 oktyabr 2007-ci il tarixindən bəri YUNESKO Ümumdünya irsi siyahısındadır.[1]
Xertvisi | |
---|---|
gürc. ხერთვისის ციხე | |
41°28′46″ şm. e. 43°17′08″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Samtsxe-Cavaxeti |
Tikilmə tarixi |
e.ə. II əsr (ilk) X əsr (yenidən) |
Üslubu | Gürcüstan memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xertvisi qalası Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti diyarında, qədim Mesxetiya vilayətində yerləşir. Qala Kür və Paravani çaylarının kəsişdiyi dar kanyondakı yüksək qayalıq təpənin üzərində yerləşir.
Qalanın daxilində tikilmiş bir neçə tikili mövcuddur. Qalanın daxilində bir kilsə, və bir neçə güclü qüllələr var. Qalanın su mənbəyi şimal-qərbindəki tuneldir.
Qala ilk dəfə e.ə. II əsrdə inşa edilmişdir. Qalanın daxilində yerləşən kilsə 985-ci ildə, mövcud sədd isə 1354-cü ildə inşa edilmişdir. Xertvisi qalası bir əfsanəyə görə, Böyük İsgəndər tərəfindən məhv edilir.
Qala X–XI əsrlərdə Mesxetiya vilayətinin inzibati-mərkəzi idi. Bu qala XII əsrdə qəsəbəyə çevrilir, ancaq XIII əsrdə monqollar tərəfindən məhv edilir və XV əsrdə qədər öz gücunu itirir. Qalanın nəzarəti XV əsrdə Mesxetiya vilayətinin hökmdar sülaləsi olan Cakeli xanədanı tərəfindən ələ alınır. Osmanlı imperiyası XIV əsrdə Gürcüstanın cənub bölgələrinə soxulur və o əraziləri ələ keçirir. Qlanın nəzarətiö nvbəti 300 ildə Osmanlı imperiyasının əlində qalır.
XIX əsrin axırlarında gürcü və rus orduları itirilmiş əraziləri Osmanlı imperiyasından geri alır, Xertvisi isə Rusiya və Gürcüstan qoşunlarının hərbi bazasına çevrilir.