Xet dili — Eramızdan əvvəl Anadolu torpaqlarına məskunlaşmış Xet tayfasının dili. Xet dili Hind-Avropa dillərinin Anadolu altqrupuna daxildir. Xetlər özlərini Neşalılar adlandırırlar. Rəsmi diplomatik yazışmaları və saray arxivləri Akkad mixi yazısı ilə yazılarkən, qayalardakı yazılar üçün heroqliflərdən istifadə edirdilər. Hurri dili də əhəmiyyətli diplomatik yazışmalarda istifadə edilirdi və xüsusilə Mitanni İmperiyası ilə olan yazışmalarda istifadə edilirdi. Xet dili, Çex əsilli alman alim Bedrix Xrozninin tədqiqatlarının nəticəsində oxunmuş və 1917-ci ildə Xet qrammatikasını yayınlamışdı.
Het dili | |
---|---|
Ölkə | |
Təsnifatı | |
Yazı | Mixi yazı |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | hit |
ISO 639-3 | hit |
IETF | hit |
Glottolog | hitt1242 |
Vikianbarda əlaqəli mediafayllar |
Xet dili ilə müasir türk dili arasında müəyyən bənzərliklər vardır. Bu əsasən Şərqi Anadolu regionu dialektlərində özünü göstərir. Çünki Xet dövləti bu ərazilərdə qurulmuşdur. Ana, ata, çox, çörək, gecə, parlaq, möhür kimi bəzi sözlərdə bu xet dili ilə bənzərlikləri görmək mümkündür.[1]
Çərkəzlərdə "Afeşij Emin" kimi tanınan Mehmet Arslanın apardığı araşdırmalar nəticəsində, o Xet dili ilə Çərkəz dili arasında böyük oxşarlıqlar olduğunu tapmışdır. Mehmet Arslan bunu belə ifadə edir: "Bu təsadüf deyil. Bir mənşə birliyi olduğuna inanıram…"
O iki dil arasında oxşarlığını nümunələrlə göstərməyə çalışır. Xetlərin baş allahı Thaşub, Çərkəzlərdə isə bu mənada Tha sözünün işlənildiyini, Xetlərdə almaya ma deyildiyini, çərkəzlərdə isə maarise deyildiyini dilə gətirdi.[2]