Xeybər keçidi döyüşü — Nadir şahın rəhbəri olduğu imperiya ilə Moğol dövlətinin vassalı olan Pişəvər dövləti arasında 1738-ci ildə baş vermiş döyüşdür. Döyüşdə Nadir şahın ordusu mütləq qələbə qazanmış və Məhəmməd şahın rəhbər olduğu Böyük Moğol imperiyasının imperiya torpaqlarına gedən keçid açılmışdır.[5][6]
Xeybər keçidi döyüşü | |||
---|---|---|---|
Nadir şahın Hindistan yürüşü | |||
| |||
Tarix | 1739 26 noyabr | ||
Yeri | Xeybər keçidi | ||
Səbəbi | Nadir şahın Hindistanı ələ keçirmək istəməsi | ||
Nəticəsi | Nadir şah qələbə qazandı. | ||
Ərazi dəyişikliyi | Pəncab vadisinə və Hindistanın şimalına gedən yol açıldı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Nadir xan 1736-cı ildə Muğan qurultayında özünü şah elan etdi. Özünü şah elan etsə də. əvvəlki Səfəvi hüquqlarına hələ çata bilməmişdi. Muğan qurultayı sona çatdıqdan sonra Nadir Qəzvinə yola düşdü və buradakı məsləhətləşmələrdən sonra Qəndəharın ələ keçirilməsi və Hindistanyürüşə başlanılması barədə qərar qəbul edildi.[7]
1736-cı ilin may ayında Rusiya ilə Osmanlı imperiyası yeni müharibəyə başladılar. Osmanlının şimalda başının Rusiya ilə müharibəyə qarışması Nadir şahın şərqə yürüşə çıxmasına şərait yaratdı.
Qəndəhar bu zaman vaxtilə Səfəvi paytaxtını ələ keçirmiş Mahmud Gilzayinin qardaşı oğlu Hüseyn Gilzayinin hakimiyyəti altında idi. O, müstəqil hökmdar kimi adına sikkə zərb etdirir və xütbə oxutdururdu.
Nadir şah Bəlxdəki və Bəlucistandakı çıxışları yatırdıqdan və Osmanlı ilə yeni müqavilə imzaladıqdan sonra nəhayətki Qəndəhar yürüşünə başladı. Digər yerlərdən gələn qoşun dəstələri ilə birləşdikdən sonra Nadir şah 1737-ci ilin fevral ayının ortalarında əfqan qüvvələri tərəfindən qorunan Kermik qalasına çatdı. Kiçik müqavimətdən sonra qala təslim oldu. Qış olmasına görə ərzaq toplanmasında bir sıra problemlər yaşanırdı. Nadirin əmri ilə Sistandan yeni ərzaqlar göndərildi və qoşundan bəzi dəstələr hezarelərdən ərzaq toplamaq üçün göndərildi. Bundan sonra Nadir Qəndəhar şəhərinin 30 milliyində yerləşən Ərqəndab çayının sahilində düşərgə saldı. Nadir şahın qoşunu ilə Ərqəndab çayı sahilində düşərgə salması xəbəri Sultan Hüseyn Gilzayiyə çatanda o, qabaqlayıcı addım atmağı qərara aldı. Sultan Hüseynin sərkərdələri ona bildirdilər ki, qəfil gecə hücumu ilə Nadir şahı təlaş və təşviş içində yaxalamaq, Nadir şahın qüvvələri arasına çaxnaşma salmaq, səhərin açılması ilə Qəndəhar qarnizonunun əsas qüvvələrinin hücumu ilə Nadir şaha ağır zərbə vurmaq mümkündür. Əfqanların gümanına görə, gecə başlanan qəfil hücumun səhər davam etdirilməsi ilə Nadir şah qoşunlarının sıralarını pozmaq, Nadir şah qoşunlarını bütünlüklə məhv etmək mümkün olardı. Nadir şahın qoşunlarını məğlub etmək barədə söylənənlər Hüseyn Gilzayi tərəfindən maraqla qarşılandı və verilən təkliflə razılaşdı. Onun əmri ilə iki dəstə təşkil edildi. Hər biri 8 min nəfərdən ibarət olan bu dəstələrdən birinə Seydal xan, o birinə isə Yunis xan rəhbərlik edirdi. Nadir şahın düşərgəsinin arxa hissəsində Nadir şah qoşunlarının tərkibinə daxil olan əbdali əfqanlarının qoşun dəstəsi mənzil salmışdı. Yunis xanın hücum etdiyi gecə düşərgə ətrafında qarovul-patrul xidmətinin icrası da əbdali əfqanlarına tapşırılmışdı. Yunis xan dəstəsinin yaxınlaşmasını da qarovul çəkən əfqanlar müşahidə etdilər. Onlar əfqan dilində yaxınlaşanların kim olduğunu soruşdular. Əfqan dilində səs eşitməsi Yunis xanın döyüşçülərini çaşdırdı. Onlar güman etdilər ki, qarşıdakılar Seydal xanın döyüşçüləridir. Əbdali əfqanları onları xeyli yaxına buraxdılar və sonra da onlara qəfil zərbə endirdilər. Səs-küyə ətraf səngərlərdəki döyüşçülər və sərkərdələr də döyüşə qoşuldular. Tüfənglərin atəşləri qarşı tərəfə ağır zərbə endirdi. Qarşı tərəflər arasında döyüşün başlaması xəbəri Seydal xana da çatdı. O da Yunis xana kömək göstərmək və Nadir şahın qoşununa daha bir zərbə endirmək ümidi ilə irəli atıldı.Seydal xanın qoşunu məğlub olub geri qaçan Yunis xanın dəstəsini Nadir şahın qoşunu hesab edib onu təqibə başladı. Onsuz da itkilərə məruz qalmış Yunis xanın dəstəsi daha bir itkini də Seydal xanın dəstəsindən aldı. Səhəri gün düşərgə ətrafında vəziyyət sakitləşdi. Seydal xanla Yunis xan gecə hücumunun nəticələrini Hüseynə ərz etdilər.Hüseyn açıq döyüşlərdə Nadir şahın qoşununa üstün gələ bilməyəcəyi üçün qala daxilində müdafiə işlərini genişləndirdi.[8]
Bu toqquşmadan sonra Nadir şah təmtəraqlı şəkildə Qəndəhara doğru hərəkətetdi. Qarşıda 16 min nəfərlik cəzayirçi dəstəsi irəliləyirdi. Novruz bayramından bir neçə gün sonra o, qoşunu ilə hərəkətedib Qəndəhardan iki mil məsafədə olan Sorxeye Şir məntəqəsində mənzil saldı. “Aləm Ara-ye Naderi” Nadir şahın öz düşərgəsinin yerini dəyişməsini yeni məkanda yaşıllığın, su mənbələrinin çox olması ilə əlaqələndirir.
Qəndəhar qalasının tam mühasirəsi təşkil edildi. Artilleriyadan istifadə edilməklə qalanın Molla Əli və Qeytul istiqamətlərindəki Qırx pilləkən bürcləri ələ keçirildi.Həmin bürclərin ələ keçirilməsi xeyli vaxt apardı Bu bürclər ələ keçiriləndən sonra Nadir şah orada bir neçə top yerləşdirməyi əmr etdi.
Qəndəharın mühasirəsi isə uzanmaqda davam edirdi. Bu mühasirə 11 ay çəkdi. Sonuncu hücumun təşkili ərəfəsində Nadir şah sərkərdələrin toplantısını keçirdi. Bu toplantıda Əmiraslan xan, İmamverdi xan, Nadir şahın ana tərəfdən qardaşları, Xancan xan, Mustafa xan, Məhəmmədəli xan Əfşar, Mollaqulu xan Carçıbaşı, Çəndəvulbaşı Cəlil bəy, Nəsəğçibaşı Əlirza bəy Qəzvini, Xanəli xan Kukəlan, Qəni xan Əbdali və Musa xan Əbdali, Qasım xan və Məhəmmədhüseyn xan Qacar, Fətəli xan Sistani, İsmayıl xan, Cəmşid Sultan hezarə və digər minbaşılar, beşyüzbaşılar iştirak edirdilər. sərkərdələrə tapşırıq verildi ki, qala üzərinə hücumun ilkin ağırlığını öz üzərinə götürməyə hazır olan könüllülər seçilsinlər. Sərkərdələr və qoşun başçıları həmin tapşırığı döyüşçülərə çatdırdılar. Çox tez bir zamanda könüllülər dəstəsi təşkil olundu. Sayı min nəfər olan hər qoşun dəstəsindən 10 - 30 nəfər arası könüllü seçildi və onlar toplanıb Nadir şahın hüzuruna gətirildi. Nadir şah onlarla görüşüb söhbət etdi, qarşıda dayanan vəzifənin mürəkkəbliyini və ağırlığını onlara xatırlatdı. Nadir şah onlara dedi:
“Bu qalanın ələ keçirilməsinə hazır olan hər biriniz hüzura gəlməklə bilməlisiniz ki, qalanı ələ keçirdiyiniz təqdirdə sizin hər birinizə 50 tümənin qarşılığı olan 1000 nadiri veriləcək, qalada ələ keçirdiyiniz qənimət və əmlak sizə bağışlanacaqdır. Amma əgər döyüşdən üz çevirsəniz Allaha and olsun ki, vəzifələndirdiyim nəsəğçilər sizin başınızı bədəninizdən ayıracaq, cəsədlərinizi itlərə və canavarlara yem etdirəcəyəm.[9] |
Nadir şah qala üzərinə ümumi hücum təşkil etdi və bu hücumun təşkilinə qüvvələrin əsas hissəsi cəlb edildi. Hücuma cəlb edilən qüvvələri Nadir şah dörd dəstədə qruplaşdırmışdı və qoşun dəstələrinin onun istədiyi kimi təşkil edilməsini şəxsən özü yoxlamışdı.
Qalanın müdafiəçiləri Nadir şah döyüşçülərinin hücumunun qarşısını almaq üçün bütün imkanlarından istifadə etdilər. Addım-addım qala divarları Sultan Hüseynin qüvvələrinin nəzarəti altından çıxarıldı. Nadir şahın topçubaşı Yarbəyə göstəriş verdi ki, Qəndəhar ətrafında tökdürdüyü iki ədəd topdan Qeytul bürcünə atəş açsın. Bu atəşin açılması ilə Nadir şahın bütün qoşunu Qəndəhar qalası üzərinə hücuma keçdi. Sonda Qəndəhar qalasının müdafiəçilərinin müqaviməti qırıldı və qala Nadir döyüşçüləri tərəfindən ələ keçirildi. Hüseyn şah da Nadir şahın iradəsi qarşısında diz çökməli oldu. “Tarix-e Cahanqoşa-ye Naderi” onun əvvəlcə qaladan çıxıb qaçdığını, sonradan isə Nadir şahın yanına elçilərini göndərərək bağışlanmasını xahiş etdiyini yazır. “Aləm Ara-ye Naderi” yə görə isə Hüseyn Gilzayi qaladan qaçmaq niyyətində olsa da ətrafdakıların təkidi ilə bu planından əl çəkdi və bacısını Nadir şahın yanına göndərməklə bağışlanmasını xahiş etdi. Nadir şah da onun bağışlanmasına razı oldu. Onun göstərişi ilə Hüseyn Gilzayi Mazandarana göndərildi. Qəni xan isə Nadir şahın əmri ilə Qəndəharın yeni hakimi təyin edildi. Musa xan da Qəndəhar hakiminin eşikağası vəzifəsinə irəli çəkildi (77). Qeyd etmək lazımdır ki, həm Qəni xan, həm də Musa xan əbdali əfqanlarından idi.
Mənbələrə görə, 1738-ci ilin Novruz bayramından 50 gün sonra Osmanlı nümayəndə heyəti Nadir şahın görüşünə yetişdilər. Mustafa paşa Osmanlı sarayının qiymətli hədiyyələrini təqdim etməklə bərabər, yazılı və şifahi mülahizələrini də Nadir şaha təqdim etdi. Osmanlı sultanı məktubunda Cəfəri məzhəbinin tanınması və onunla bağlı Kəbədə 5-cü mehrabın açılmasının, yəni artıq formalaşmış olan 4 rüknə dəyişiklik edilməsinin fayda verməyəcəyindən təəssüfləndiyini bildirirdi.İranlı zəvvar karvanları ilə bağlı Osmanlı sultanı xahiş edirdi ki, Məkkəyə doğru hərəkət zamanı Şam marşrutunun əvəzinə Nəcəf marşrutu seçilsin.Bildirilirdi ki, Şam marşrutu hərəkət üçün müəyyən çətinliklər yarada bilər. Nəcəf marşrutunun rahatlığının və əmin-amanlığının təmininə isə Osmanlı sultanı təminat verirdi. Nadir şah zəvvarların Nəcəf yolu ilə Məkkəyə göndərilməsinə razı oldu. Bir şərtlə ki, Bağdad iranlı zəvvarlar karvanlarının mühafizəsinə və ehtiyaclarının ödənməsinə öz köməyini əsirgəməsin. Cəfəri məzhəbinin tanınması və Kəbədə 5-ci mehrabın açılması Nadir şah üçün əhəmiyyət kəsb edən məsələlərdən biri idi. Ona görə bu məsələlərin Osmanlı sarayı tərəfindən qəbul edilməsinə bir də cəhd göstərdi və Luristan bəylərbəyi Əlimərdan xanı öz elçisi kimi Osmanlı nümayəndə heyəti ilə birlikdə yenidən Osmanlı sarayına göndərdi. Osmanlı sarayına olan xoş münasibətini nümayiş etdirmək üçün Nadir şah Osmanlı elçilərinə isti qonaqpərvərlik göstərdi, nümayəndə heyətinin üzvlərinə bahalı hədiyyələr bağışladı və onları ehtiramla yola saldı.
Bununla da Nadir şah diqqətini bütünlüklə Hindistan yürüşünün üzərində cəmlədi.
L.Lokkartın hesablamalarına görə, Nadir şah qoşunu ilə Cəlalabaddan 1738-ci il noyabrın 18-də hərəkətə başladı. Gündə beş fərsəng yol qət edən sütunlar yol boyu ciddi bir hadisə ilə qarşılaşmadan Barikab adlanan məntəqəyə doğru üz tutdular. Bir neçə gündən sonra bütün qoşun hər hansı ciddi bir hadisə ilə rastlaşmadan Barikaba yetişdi. Hələ Dəkkəyə çatmazdan əvvəl Nadir şah Xeybər keçidi ətrafında düşmən qüvvələrin cəmləşməsi haqqında məlumat almışdı. Dekkədə düşərgə salandan sonra isə Xeybər keçidi və Xeybərə aparan yolların daha geniş kəşfiyyatının aparılması üçün Nadir şah müvafiq göstəriş verdi. .Bu keçid hündür dağ yüksəkliklərindən keçirdi. Onun dar olması qoşunların keçidini məhdudlaşdırmaqla yanaşı yüksəklikdə yerləşdirilmiş silahlı dəstə çoxsaylı qoşunun hərəkəti üçün təhlükə ola bilərdi. Döyüşün yaxşı təşkil ediləcəyi halda Xeybər keçidi Nadir şahın qoşunlarının hərəkətini dayandırmaq üçün çox əlverişli bir yer idi. Nadir şah qarşısında ilk məğlubiyyət acısını yaşamış olan Kabul-Pişavər hakimi Nasir xan da Xeybər keçidinin bu imkanlarından yararlanmaq qərarına gəldi. Nadir şahın kəşfiyyatının gətirdiyi məlumatdan aydın oldu ki, doğrudan da Nasir xan Xeybər keçidində və bu keçidə aparan yol boyunca çoxlu sayda qoşun yerləşdirmişdir. Nasir xan Nadir şahdan öz qisasını almaq üçün ətraf hakimlərə məktub göndərdi, onları qoşunları ilə birgə köməyə çağırdı. Nadir şahın yetişməsi ərəfəsində o, 20 minlik döyüşgən bir dəstə toplaya bildi və bu dəstəni Xeybər keçidi üzərində yerləşdirdi. Çoxları Nasir xana məsləhət bildi ki, müqavimət göstərmək fikrindən daşınsın. Xüsusən, heç Hindistan şahının da itaət altına gətirə bilmədiyi Katur tayfasının Nadir şah tərəfindən darmadağın edilməsi çoxlarında qorxu və vahimə yaratmışdı. Amma Nasir xan ona verilən məsləhətləri qəbul etmədi.
Kəşfiyyatın verdiyi məlumatdan aydın oldu ki, Xeybər keçidindən adlamaq Nadir şah üçün elə də asan olmayacaqdır.Yol Xeybərə yaxınlaşdıqca həm daralır və həm də təhlükəliliyi artırdı.Belə olanda Nadir şah göstəriş verdi ki, ətraf yaşayış məntəqələrində yaşayan adamlardan bir neçəsini tutub onun yanına gətirsinlər. O, yerli adamların dindirilməsi vasitəsilə dağlardan keçən başqa yolların mövcudluğundan xəbər tutmaq istəyirdi.Nadir şahın əmri yerinə yetirildi və onun yanına gətirilən adamların dindirilməsi zamanı doğrudan da məlum oldu ki, Nasir xanın nəzarətindən kənarda olan belə bir yol mövcuddur. Sər Çubə adlanan həmin yol ilə irəliləmək Nadir şaha qismət olardısa, onda Nasir xan qüvvələrinin arxasına keçmək belə mümkün ola bilərdi. Həmin keçid şərq və cənub-şərqdə idi və oradan qoşun dəstəsinin keçməsi üçün ən adi bir şərait yox idi. Ona görə Nasir xan da həmin keçidə görə elə bir narahatlıq keçirmirdi. Buna baxmayaraq Nadir şah bu marşrutla hərəkət etməyi və Nasir xanı qəfil yaxalamağı qərara aldı.[10]
Hərəkətə başlamazdan əvvəl Nadir şah oğlu Nəsrulla Mirzəyə tapşırdı ki, hər gün Xeybər keçidinə doğru irəliləmək niyyətini nümayiş etdirsin, hətta Nasir xanın qoşun dəstələri ilə kiçik toqquşmalara girməkdən belə çəkinməsin. Bununla Nasir xan, Nadir şahın digər keçiddən istifadə etmək planından xəbər tutmasın və bütün diqqəti Xeybər istiqamətində cəmləşdirilsin. Nadir şahdan əlavə göstəriş alana kimi Nəsrulla Mirzə Nasir xanın diqqətini özünə cəlb etməklə məşğul olmalı idi. “Aləm Ara-ye Naderi”yə görə, Nadir şah 14 min nəfərlik süvari dəstəsi ilə bir gün-bir gecə ərzində Sər Çubə keçidini adlaya bildi.[11]
Nasir xan Xeybərdə dayanmaqla Nadir şah qoşunlarının bütünlükdə orada cəm olduğundan xatircəm idi. Ona görə də Nadir şah Sər Çubə keçidini adlayan gecəsi Nasir xan arxayınlıqla istirahət edirdi. Qarovullar xəbər verəndə ki, Nadir şah Xeybər keçidinin arxasından yaxınlaşmaqdadır, Nasir xan gözlərinə inana bilmədi. Dərhal dəstəsinə döyüşə hazır olmaq əmri verdi. Amma Hacıxan bəy Əfşarın dəstəsi o qədər yaxın idi ki, Nasir xan öz dəstəsi ilə müdafiə təşkil etməyə belə imkan tapmadı. Nadir şah qoşununu dörd dəstəyə böldü və özü də onların biri ilə döyüşə girdi. Nasir xanın qüvvələri gözlərini açmağa macal tapmayıb yalnız qaçmaq barəsində düşündülər.Nasir xanın ətrafında olan dəstənin qaçıb dağılması Xeybər keçidində mövqe tutmuş hind qüvvələrini çətin vəziyyətə saldı. Bu dəstə uzun müddət Nasir xanın dəstəsinin qaçıb dağılmasından xəbərsiz qaldı. Ona görə də onlar özlərini təhlükəsiz vəziyyətdə hiss edir və hər hansı müdafiə tədbirinə də əl atmırdılar. Amma onlar xəbər tutanda ki, Nadir şah qüvvələri Xeybər keçidinin arxasına keçib, onda keçidin şərqində olan yolu bağladılar. “Aləm Ara-ye Naderi”nın verdiyi məlumata görə, Nasir xanın məğlubiyyəti xəbərini eşidəndən sonra Xeybər keçidində yerləşdirilmiş 20 min nəfərlik hind qoşunu da qaçıb dağılmaq məcburiyyətində qaldı.Çünki göstərilən bütün cəhdlərə baxmayaraq Nadir şahın gözlənilməz manevri onların da vəziyyətini xeyli mürəkkəbləşdirmişdi. Belə olanda onlar da yalnız canlarını qurtarmaq barədə fikirləşdilər.
Bununla da Nadir şahın gecə manevri Xeybər keçidini ciddi bir müqavimətlə rastlaşmadan ələ keçirməyə imkan verdi. Nəticədə Hindistana doğru hərəkət zamanı ciddi sayılan maneələrdən biri də aradan qaldırıldı. Nasir xan isə Nadir şah döyüşçüləri tərəfindən əsir götürüldü. Lakin Nadir şah onu bağışladı və söz verdi ki, əgər Hindistan yürüşü uğurlu keçərsə, ona yüksək vəzifə verəcəkdir. Nasir xana həmçinin, Pişəvər əhalisini sakitləşdirmək də tapşırılmışdı.