Cəlalabad vilayəti

Cəlal-Abad VilayətiQırğızıstanda vilayət. 1939-cu il, noyabrın 21-də təşkil edilmişdir (1959-cu ildə ləğv edilərək ərazisi Oş vilayətinə birləşdirilmiş, 1990-ci ildə yenidən bərpa olunmuşdur). Sahəsi 33,7 min km2 . Əhalisi 1,1 milyon nəfərdir (2015).[1] 8 rayonu, 5 şəhəri, 5 şəhər tipli qəsəbəsi var. Mərkəzi Cəlalabad şəhəridir. Etnik və iqtisadi baxımdan vilayət Batken vilayətləri ilə birlikdə Cənubi Qırğızıstana aiddir. Əhalisinə görə respublikada ikinci və sahəsinə görə isə üçüncü vilayətdir.

Vilayət
Cəlalabad vilayəti
qırğ. Жалалабат облусу
Bayraq Gerb
Bayraq Gerb

41°15′ şm. e. 72°15′ ş. u.HGYO


Ölkə Qırğızıstan
İnzibati mərkəz Cəlalabad
Tarixi və coğrafiyası
Yaradılıb 21 noyabr 1939
Sahəsi 33 700 km²
Saat qurşağı UTC + 6
Əhalisi
Əhalisi 1 146 500 nəfər (2015)
Əhalinin sıxlığı 34,02 nəfər/km²
Rəqəmsal identifikatorlar
ISO kodu KG-J
Telefon kodu +996 3722
Avtomobil nömrəsi D, 04
Cəlalabad vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilayətinin ərazisini Fərqanə vadisinin şimal-şərq kənarı və Qərbi Tyanşanın silsilələri (Talas Alatausu, Susamurtau, Pskem, Fərqanə, Çandalaş, Çatkal və s.) tutur. Ən yüksək nöqtəsi Çatkal silsiləsindədir (4503 m). Faydalı qazıntıları: neft, qaz, daş kömür, polimetal filizləri və s. İqlimi mülayim, kontinentaldır; vadilərdə quraqdır. Orta temperatur 1000–1100 metr yüksəklikdə yanvarda – 4 °C, iyulda 26 °C-dir. İllik yağıntı 400–1000 mm-dir. Daha yüksək rayonlarda iqlim soyuqdur. Ən böyük çayı Narındır (üzərində SES, Toktoqul su anbarı var). 1500 m yüksəkliyə qədər yerləşən sahələrdə boz torpaqlar və yarımsəhra tipli bitki örtüyü inkişaf etmişdir. 1500–3000 metr yüksəkdə quru dağ çölləri, çəmən-çöl bitkiləri, Çatkal və Fərqanə silsilələrinin yamaclarında yabanı meyvə ağaclarından ibarət meşələr yayılmışdır. 3000 m-dən yuxarıda subalp və Alp çəmənlikləri yerləşir. Tülkü, canavar, porsuq, oxlu kirpi, qonur ayı, çöl donuzu, cüyür, qayakeçisi, irbis və s. vilayətdə geniş yayılıb.

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Neft, qaz, daş kömür (Kok-Yanqak, Taş-Kumır) və polimetal filizləri hasil olunur. Maşınqayırma, elektrotexnika, tikinti, pambıqtəmizləmə, yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Fərqanə dərəsində suvarma əkinçiliyi (dənli bitkilər, pambıq, tütün, üzüm), bağçılıq, heyvandarlıq, ipəkçilik, yamaclarda dəmyə əkinçiliyi, dağlarda qoyunçuluq; avtomobil, dəmir yolu, aviasiya və boru kəməri nəqliyyatı inkişaf etmişdir. 

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Cəlalabad vilayəti 8 rayondan təşkil olunub. Aksı rayonu (paytaxtı - Kerben), Ala-Bukin rayonu (paytaxtı - Ala-Buka), Bazar-Korqon rayonu (paytaxtı-Bazar-Korqon), Nooken rayonu (paytaxtı - Ması), Suzak rayonu (paytaxtı - Suzak), Toquz-Torous rayonu (paytaxtı - Kazarman), Toktolqul rayonu (paytaxtı - Toktoqul), Çatkal rayonu (paytaxtı - Kanış-Kıya).

Cəlalabad vilayəti // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 265. ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Qırğızıstanın vilayətləri
BatkənÇuyİsıkgölCəlalabadNarinTalas