Xeyrulla Ağayev

Xeyrulla Ağayev (azərb. Xeyrulla Soltan oğlu Ağayev‎, d. 5 may 1959, Hacıhətəmli, İsmayıllı, Azərbaycan SSR, SSRİ) — yazıçı-publisist; jurnalist, "Neft Daşları" qəzetinin baş redaktoru[1].

Xeyrulla Ağayev
Xeyrulla Dəniz
Doğum tarixi (64 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, İsmayıllı rayonu, Hacıhətəmli
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili ali
Mükafatları H.B.Zərdabi və "Qızıl Qələm" mükafatları laureatı

Həyatı[redaktə | mənbəni redaktə et]

5 may 1959-cu ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur.

Təhsili[redaktə | mənbəni redaktə et]

1966-1976-cı illərdə Hacıhətəmli kənd orta məktəbini, 1981-ci ildə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu əla qiymətlərlə bitirmişdir.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İsmayıllı rayonu Buynuz kənd məktəbində müəllim, direktor müavini, İsmayıllı şəhər 2 saylı orta məktəbin direktoru işləmiş, həmçinin icra strukturlarında, həmkarlar təşkilatında məsul vəzifələrdə çalışmışdır. 1997-ci ildən Bakıda jurnalist kimi fəaliyyət göstərir.

Kitabları[redaktə | mənbəni redaktə et]

10-dan çox publisistik kitabın müəllifi və "İsmayıllı ensiklopediyası"nın redaktorudur."Taleyimdən razıyam". "Ömür yolu". Akademik Azad Mirzəcanzadənin həyatı və elmi fəaliyyətindən bəhs edən "Əfsanəvi insan- əfsanəvi şəhər" kitabı, "Neft Daşları- gerçəkləşən əfsanə", "Şirinzadələr ocağı", "Xəzərə qovuşan ömür", qadın azadlığı uğrunda mübariz Səidə İmanzadənin həyat və mübarizəsindən bəhs edən "Nura boyanmış ömür" kitabı və s… Onlarla kitabın redaktorudur. Haputlu araşdırmaçıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]