Hacıhətəmli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Hacıhətəmli | |
---|---|
40°42′08″ şm. e. 47°54′13″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 587 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3400 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3113[1] |
Digər | |
[http:// ] | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin yaranma tarixi ilə bağlı belə bir etimaloji fikir var ki, Hacı Hətəm və Molla İsaq qardaşları bir vaxt Quba rayonundan köçüb İsmayıllıya gəlmiş, burada yurd salmış və maldarlıqla məşğul olmuşlar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kollektivləşmə baş vermiş və onlar əbədi olaraq bu yerlərdə məskunlaşmışlar. Məhz Hacıhətəmli və Mollaisaqlı kəndlərinin adı da həmin qardaşların adı ilə bağlıdır[2].
Əhalisi əsasən haputlulardan ibarətdir[3]. Əhalisi 2460 nəfərdir, 1242 kişi, 1218 nəfəri isə qadındır.
Kənddə 400 ev var; 3400 nəfər əhali yaşayır. Hacıhətəmli kəndində əsas üç Hapıt tayfası var[mənbə göstərin]:
Kənd camaatı əsasən, əkinçilik və maldarlıqla məşğuldur.
Hacıhətəmli məktəbi 1925-ci ildə yaranıb və 1925-1926-cı tədris ilində 2 qrup ümumi 45 şagird (32 oğlan, 13 qız), 1 müəllim olmaqla 1 pilləli türk məktəbi kimi fəaliyyət göstərməyə başlayıb[4]. 1926-1927-ci tədris ilində 2 qrup 37 şagird, 1927-1928-ci tədris ilində isə 2 qrup, 24 şagird təhsil alıb[4].
2014-2015 mövsümü üçün AFFA tərəfindən 13 yaşadək qızlardan ibarət komandalar arasında keçirilən futbol üzrə Azərbaycan çempionatında Hacıhətəmli kənd məktəbinin "Babadağ" komandası baş məşqçi Ədalət Əhmədovun rəhbərliyi ilə ölkə çempionu adını qazanmışdır.[5] 2015-2016 mövsümündə isə ikinci yeri tutmuşdur.
Futbolla müntəzəm məşğul olan kişilərdən ibarət "Tufan" komandası rayon birinciliyinin iştirakçısıdır[6].
Kənddə Hacıhətəmli kənd məscidi dini icması fəaliyyət göstərir[7].
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |