Xilqət Abdullayev

Xilqət Abdulla oğlu Abdullayev (15 mart 1960 Ağsu - 12 iyun 1993 Ağdam)

Xilqət Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağsu
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Ağdam
Hərbi fəaliyyəti
Rütbə baş leytenant

Həyatı[redaktə | mənbəni redaktə et]

Xilqət Abdullayev 15 mart 1960-cı ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olmuşdur.

Təhsili[redaktə | mənbəni redaktə et]

Xilqət Abdullayev Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. Təyinatla Ağsu rayonunun Musabəyli kənd tam orta məktəbinə riyaziyyat müəllimi göndərilmişdir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1992-ci ildə torpaqlarımızın müdafiəsi üçün döyüşə yollanmışdı. Vətənin ağır günündə ürəyinin səsinə qulaq asaraq könüllü olaraq döyüşə getdi. Hərbi rütbəsi baş leytenant idi. Döyüş yolu Ağdam rayonun bir sıra qaynar nöqtələrindən keçmişdir. X.Abdullayev 12 iyun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

I Qarabağ Müharibəsinin şəhidləri [[1]]