Ximera (yun. Χίμαιρα;lat. Chímaira "keçi") yunan mifologiyasında Tifon və Yexidna tərəfindən dünyaya gətirilmiş mifik əcaib iki: keçi və şir başlı və gövdəli heyvan.[1] Məntiqsiz, əsassız, qeyri-mümkün yuxu mənasını daşıyır. Likiyalı Amisodor tərəfindən bəsnəlilmişdir. İlk olaraq Ximera İliadada altıncı nəğmədə ilahi bir məxluq kimi xatırlanmışdır. Poemada Homer onu ön hissəsi şir, bədəni keçi və quyruğu ağzından od püskürən ilan kimi təsvir edilmişdir.[2]. Hesiod onu Teoqoniyasında eynilə V əsrə məxsus Arissodakı məşhur bürunc heykəl kimi, üç başlı təsvir etmişdir.[3]. Ximera tanrıların qabaqcadan müəyyənləşdirdiyi kimi gözəl Bellerofont tərəfindən oxla öldürülmüş və Aley düzünə atılmışdır.[4][5].
Ximera | |
---|---|
q.yun. Χίμαιρα | |
Mifologiya | Qədim Yunan |
Adının izahı | Keçi |
Yunanca adı | Χίμαιρα |
Latınca adı | Chímaira |
Cinsi | dişi |
Atası | Tifon |
Anası | Yexidna |
Qardaşı və bacısı | Hidra, Kerber |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |