Xirsa monastırı — Gürcüstanın Kaxeti ölkəsindəki Siqnaxi şəhərindən 14 km məsafədə, Tibaani kəndində monastır. VI əsrdə suriyalı müqəddəs atalardan biri olan Stefan Xriseli tərəfində tikilmişdir. Stefan Xriselinin qəbri də buradadır. Dəfələrlə uçmuş və dəfələrlə – XI, XVI, XIX əsrlərdə bərpa edilmişdir. Kilsənin bayır sivarındakı relyef xaçının sol qanadında, iki sətrlik gürcü dilində yazının "Ya isa Kverikani şərəfləndir" kimi oxunduğu iddia olunur. Müasir erməni tarixçisi Hamlet Mkrtumyana görə isə həmin iki sətrlik gürcü dilində yazının tərcüməsi belədir: "Ya İsa, çar Qaqiki şöhrətləndir!"[1]. Digər tərəfdəki xaçın üstündə isə gürcü dilində "Ya İsa çar Leonu şərəfləndir" yazılmışdır.
Xirsa monastırı | |
---|---|
41°36′23″ şm. e. 45°56′00″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tibaani (Xirsa) kəndindəki Müqəddəs ata Stefan monastırının ümumi görünüşü və divarlarındakı yazılı xaçlar.
|
Мкртумян Г. Царство Кахети-Эрети и армяно-грузинские отношения (XI в.—начало XII в.). (PDF) // Լրաբեր Հասարակական Գիտությունների (Ист.-филол. журн.) (rus). Bakı. 1981. 95–105. ISSN 0320-8117.