Xisal (ərəb. خصائص أمير المؤمنين) (azərb. Xislətlər) — Şeyx Səduqun kitabı.
Xisal | |
---|---|
ərəb. الخصال | |
Müəllif | Şeyx Səduq |
Janr | Hədis |
Orijinalın dili | Ərəbcə |
Ölkələr | Azərbaycan |
Tərcüməçi | Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə |
Seriya | Hədis kitabları silsiləsi |
Nəşriyyat | Qədim Qala |
Səhifə | 208 |
ISBN | ISBN 978-9952-8190-5-2 |
“Xisal” ərəb dilindən tərcümədə xislət, sifət, xüsusiyyət mənalarını verir. Bu kitab hədislərin onlarda qeyd edilən rəqəmlər əsasında sıralanmasına görə toplanmışdır.
Kitabda hədislərdə gəlmiş birdən milyona qədər olan müxtəlif xüsusiyyətlər ardıcıllıqla təqdim olunur.
Öz orijinallığına görə digər hədis kitablarından çox fərqlənən “Xisal” qədimdən müsəlmanların diqqət mərkəzində olmuşdur. “Xisal” İslami bilikləri, qadağan olunmuş və icazəli əməlləri, tarixi mövzuları, fəlsəfi, irfani mətləbləri, davranış qaydalarını və siyasi mövzuları əhatə edən ensiklopedik bir kitabdır.
Kitab 2013-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 208 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]