Xok hamamı

Xok hamamıNaxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Xok kəndinin mərkəzində memarlıq abidəsi.

Ümumi planda dördkünc formalıdır. Hamamın binası yerli Xok daşından inşa edilmişdir. Üstü tağbəndlərlə saxla- nan iki günbəzlə örtülmüşdür. İçərisində ümumi çarhovuz və yuyunmaq üçün xüsusi yerlər düzəldil- mişdir. Tikinti üslubu Şahtaxtı hamamı ilə eynidir. Hamamın tikilmə tarixini XIX əsrə aid etmək olar[1].

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 193