Xorvat ensiklopediyası

Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur.[1]

Xorvat ensiklopediyası
xorv. Hrvatska enciklopedija
Müəlliflər Dalibor Brozoviç, Tomislav Ladan və başqaları
Janr ensiklopediya
Mövzu ümumi
Orijinalın dili xorvat dili
Ölkə Xorvatiya Xorvatiya
Orijinalın nəşr ili 1999-2009
Nəşriyyat Miroslav Krleja Leksikoqrafiya İnstitutu
Cild 11
Səhifə 9.272
ISBN ISBN 953-6036-31-2
Elektron versiya

Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir.[1]

1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir.[2] 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur.[3]

Cildin nömrəsi Baş redaktor İl Səhifələr
I. : A – Bd Dalibor Brozoviç 1999 674
II. : Be – Da 2000 723
III. : Da – Fo 2001 722
IV. : Fr – Ht 2002 753
V. : Hu – Km Avqust Kovaçek 2003 725
VI. : Kn – Mak 2004 786
VII. : Mal – Nj 2005 814
VIII. : O – Pre Slaven Ravliç 2006 773
IX. : Pri – Sk 2007 842
X. : Sl – To 2008 830
XI. : Tr – Ž 2009 859

Ümumilikdə 9272 səhifə, 67.077 məqalə, 1.059.000 sətir mətn nəşr olunmuşdur.[3] Ensiklopediyanın hazırlanmasında 1070 müəllif iştirak etmişdir.[3] İndividual cildlər 20-30 Leksioqrafiya İnstitutu əməkdaşının və 300-400 nəfərin birgə məhsuludur.

  1. 1 2 Hrvatska enciklopedija (Croatian), 7 June 2017 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 24 may 2016
  2. Predstavljena internetska izdanja Leksikografskoga zavoda (Croatian), September 23, 2013, 26 September 2013 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 24 may 2016
  3. 1 2 3 PREDGOVOR MREŽNOM IZDANJU HRVATSKE ENCIKLOPEDIJE (Croatian), 3 February 2014 tarixində arxivləşdirilib, İstifadə tarixi: 24 may 2015

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]