Xose İqlesias Fernandes

Xose Fernandes İqlesias (isp. José Iglesias Fernández; 23 dekabr 1926[1], Samora[d], Kastiliya və Leon12 iyul 2007[2], Qranada, Əndəlüs), Xoseito ləqəbi ilə tanınır ― yarımmüdafiəçi mövqeyində oynamış İspaniya oyunçusu və məşqçi.

Xose İqlesias Fernandes
Ümumi məlumatlar
Doğum tarixi 23 dekabr 1926(1926-12-23)[1]
Doğum yeri
Vəfat tarixi 12 iyul 2007(2007-07-12)[2] (80 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi cinah yarımmüdafiəçisi[d]
Karyerası
Gənclik karyerası
Los Luises
Klub karyerası[* 1]
1943—1944 İspaniya Atletiko Samora həvəskar
1944—1947 İspaniya Real Valyadolid həvəskar
1947—1949 İspaniya Salamanka həvəskar
1949—1951 İspaniya Rasinq Santander 32 (28)
1951—1959 İspaniya Real Madrid 124 (51)
1959—1960 İspaniya Levante 25 (10)
1960—1961 İspaniya Rayo Valyekano 23 (7)
Milli yığma[* 2]
1952 İspaniya İspaniya 1 (0)
Məşqçisi olduğu klublar
1963—1965 İspaniya Selta
1965—1966 İspaniya Tenerife
1968—1969 İspaniya Valensiya
1970—1972 İspaniya Qranada
1972—1973 İspaniya Kordova
1973—1975 İspaniya Qranada
1976 İspaniya Real Mursiya
1976—1978 İspaniya Alaves
1978—1979 İspaniya Terrassa
1979—1980 İspaniya Leqanes
1980 İspaniya Deportivo La-Korunya
1981—1982 İspaniya Tenerife

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Doqquz mövsüm ərzində La Liqada ümumlikdə 134 oyuna 54 qol vurmuşdur. O, ən çox 177 rəsmi oyuna 77 qol vurduğu və 10 böyük kubok qazandığı "Real Madrid" klubunun heyətində oyunu ilə tanınır.[3]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Kastiliya və Leon regionunun Samora şəhərində anadan olmuşdur. O, 1949-cu ildə "Rasinq Santander" klubuna keçməzdən əvvəl müxtəlif komandalarda çıxış etmişdir, onlar içərisində yerli "Ateltiko Samora" da var idi. 1949–50 təsadüf edən ilk mövsümündə o, kantabriyalılara La Liqaya yüksəlməyə kömək etdi. 1951-ci ilin yayında Xoseito "Real Madrid"ə transfer olundu (hər iki klubu təmsil etmiş başqa oyunçu Fransisko Xentodan iki il əvvəl) və təxminən 200 rəsmi oyuna çıxdığı növbəti 8 il ərzində burada oynadı. 1955–59 illəri ərzində o, ard-arda dörd Çempionlar Kubokuna yiyələndi, ümumlikdə o proses ərzində 11 oyuna 6 qol vurdu; buna baxmayaraq, Raymon Kopanın gəlişindən sonra, o, daha az meydana çıxırdı.[3]

Xoseito 1961-ci ildə "Levante" və "Rayo Vallekano" ilə ikinci divizionda 2 il keçirəndən sonra təxminən 35 yaşında oyunçu karyerasını bitirdi. Növbəti onilliklərdə İspaniya futbolunun hər üç əsas liqa səviyyəsində bir çox klubda məşqçilik etdi, ən yüksək liqada "Valensiya" və "Qranada" (2 mövsüm) klublarını çalışdırmışdır.

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

İspaniya milli futbol komandasının heyətində o, ilk və yeganə oyununu 28 dekabr 1952-ci ildə Madrid şəhərində keçirilən və 2-2 hesablı bərabərliklə bitən Qərbi Almaniyaya qarşı yoldaşlıq oyununda keçirmişdir.[4]

Xoseito son altı ildə ikinci dəfə insult keçirdikdən sonra 12 iyul 2007-ci ildə Əndəlusun Qranada şəhərində vəfat etdi. O, 80 yaşında idi.[5]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Valyadolid

  • Tersera divizyonu: 1945–46, 1946–47

Salamanka

  • Tersera divizyonu: 1947–48

Rasinq Santander

Real Madrid

  • 4 La Liqa: 1953–54, 1954–55, 1956–57, 1957–58
  • 4 Çempionlar Kuboku: 1955–56, 1956–57, 1957–58, 1958–59
  • 2 Latın Kuboku: 1955, 1957