Xose Mariya Pino Suarez (isp. José María Pino Suárez; 8 sentyabr 1869[1], Tenosike[d] – 22 fevral 1913[1], Mexiko) — Meksika siyasətçisi, dövlət xadimi, inqilabçısı, hüquqşünası, şairi və jurnalisti, 1911–1913-cü illərdə Meksika Vitse-prezidenti.
Xose Mariya Pino Suarez | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 sentyabr 1869[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 1913[1] (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | siyasətçi, vəkil, nazir, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Xose Mariya Pino Suarez 1869-cu ildə Tenosike şəhərində anadan olmuşdur. O, Fransisko İqnasio Maderoya qoşulmuş və Maderonun Syudad-Xuaresdə rəhbərlik etdiyi müvəqqəti hökumətdə ədliyyə naziri olmuşdur. Yukatan qubernatoru kimi xidmət etmiş, sonra Meksika Vitse-prezidenti olmuşdur. 1913-cü ildə Mexikoda baş tutan hərbi çevrilişdə Meksika Prezidenti Fransisko İqnasio Madero ilə birlikdə öldürülmüşdür.[2]