Fransisko İqnasio Madero

Fransisko İqnasio Madero Qonsales (isp. Francisco Ignacio Madero González) və ya Fransisko İndalesio Madero Qonsales (30 oktyabr 1873[1][2][…], Parras-de-la-Fuente[d], Koauila[d]22 fevral 1913[1][3], Mexiko) — Meksika dövlət xadimi və siyasətçisi, Meksika inqilabı zamanı 6 noyabr 1911-ci ildən 19 fevral 1913-cü ilə qədər Meksika Prezidenti. O, liberal qanadın təmsilçisi olmuşdur.

Fransisko İqnasio Madero
6 noyabr 1911 – 19 fevral 1913
ƏvvəlkiFransisko Leon de la Barra
SonrakıPedro Laskurain
Şəxsi məlumatlar
Doğum tarixi 30 oktyabr 1873(1873-10-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 fevral 1913(1913-02-22)[1][3] (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Təhsili
Fəaliyyəti siyasətçi, yazıçı, musiqiçi, hərbi qulluqçu, iş adamı
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransisko İqnasio Madero Qonsales 30 oktyabr 1873-cü ildə Meksikanın Koauila ştatının Parras-de-la-Fuente şəhərində anadan olub. O, Porfirio Dias rejiminə qarşı çıxış etmiş və növbəti təkrar seçkilər ərəfəsində Diasın yenidən prezident seçilməsinin əleyhdarlarından bir partiya təşkil etmişdir. Madero daha sonra fitnə-fəsad törətmək ittihamı ilə həbs edilmişdir. O, San-Luis-Potosi həbsxanasından qaçaraq ABŞ-da gizlənmişdir. Madero burada 20 noyabr 1910-cu ildə başlanması planlaşdırılan silahlı üsyan planını hazırlamışdır. Məğlubiyyətin qaçılmaz olduğunu görən Dias Madero ilə danışıqlara girmək, təslim olma şərtlərini qəbul etmək məcburiyyətində qalmışdır.[4]

1911-ci ilin mayında imzalanan müqaviləyə əsasən Dias istefa vermiş və Meksikanı tərk etmişdir. Ölkədə asayişi bərpa etmək və yeni prezident seçkilərini təşkil etmək vəzifəsi həvalə edilmiş xarici işlər naziri Fransisko Leon de Barra müvəqqəti prezident olmuşdur. Madero 11 noyabr 1911-ci ildə prezident seçilmişdir. 9 fevral 1913-cü ildə generallar Feliks DiasBernardo Reyes üsyan qalmışdır. Mexikoda baş tutan hərbi çevrilişdə ordunun baş komandanı general Viktoriano Uertanın qələbəsindən sonra Madero həbs edilmiş, lakin 22 fevral 1913-cü ildə həbsxanaya gedərkən öldürülmüşdür.[4]

  1. 1 2 3 4 Francisco Madero // Encyclopædia Britannica (ing.).
  2. 1 2 MADERO FRANCISCO // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  3. 1 2 Francisco Indalecio Madero // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 "МАДЕРО, ФРАНСИСКО ИНДАЛЕСИО | Энциклопедия Кругосвет". www.krugosvet.ru. 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.