Xose Qomeş (8 aprel 1999, Bisau, Qvineya-Bisau) — Premyer Liqa təmsilçilərindən olan Benfika FK klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Xose Qomeş | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | Xose Qomeş | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | Bisau, Qvineya-Bisau | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 178 sm | ||||||||||||||||||||||||||||||
Çəkisi | 73 kq | ||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub | Benfika B | ||||||||||||||||||||||||||||||
Nömrəsi | 70 | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Qomeş Qvineya-Bisaunun Bisau şəhərində anadan olmuşdur. Qomeş Portuqaliyada gənclər turnirində iştirak etdikdən sonra, 2011-ci ildə 13 yaşı olarkən Benfika FK klubunun gənclər akademiyasına daxil oldu. Bir il sonra isə yenidən öz ölkəsinə qayıtdı.[1][2][3]
Qomeş öz peşəkar karyerasında debütünü 6 avqust 2016-cı ildə Benfika B klubu ilə 2016-17 LiqaPro görüşündə Kova da Piyedade klubuna qarşı oyunda etmişdir.[4] 22 gün sonra o, reserv komanda ilə ilk qoluna imza atmışdır. Həmin görüşdə Benfika Vizela klubuna səfərdə 2-1 hesabı ilə qələbə qazanmışdır.[5] Qomeş əsas komanda ilə debütünü 9 sentyabr 2016-cı ildə Premyer Liqada Aruka klubuna qarşı oyunda etmişdir. Sadəcə 128 saniyə meydanda olan Qomeşin komandası görüşdə 2-1 hesabı ilə qələbə qazanmışdır. Qomeş Benfikanın əsas komandası ilə debüt edən üçüncü ən gənc oyunçudur.[6]
Qomeş Portuqaliya U-17 millisi ilə Azərbaycanda keçirilən 2016 Avropa U-17 Çempionatında çempion olmuşdur. Qomeş vurduğu 7 qolla turnirin Ən Yaxşı Oyunçusu mükafatına layiq görülmüşdür.[7][8]