Xose Raul Kapablanka

Xose Raul Kapablanka (19 noyabr 1888 - 8 mart 1942) - kubalı şahmatçı, şahmat üzrə üçüncü dünya çempionu (1921-1927). 1921-ci ildə Havanada Emanuel Lasker üzərində qələbə qazanaraq dünya çempionu adını qazandı və 1927-ci ildə Aleksandr Alyoxinə uduzaraq itirdi.

Xose Raul Kapablanka
(isp. José Raúl Capablanca y Graupera
Kapablanka Berlində eyni vaxtda bir neçə nəfərlə şahmat oynayır (2009)
Kapablanka Berlində eyni vaxtda bir neçə nəfərlə şahmat oynayır (2009)
Ölkə Kuba Kuba
Doğum tarixi
Doğum yeri Havana
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Manhetten, Nyu-York, ABŞ
Təhsili
Dünya çempionluğu 1921-27
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1888-ci il noyabrın 19-da uzaq Kuba adasında havanalı şahmat həvəskarının ailəsində anadan olmuşdur. O, şahmat oynamağı 4 yaşında ikən atasının oyununa baxarkən öyrənmişdi. Kapablanka 12 yaşında Kuba çempionu olur.

Şahmat karyerası

[redaktə | mənbəni redaktə et]

Məktəbi qurtardıqdan sonra 15 yaşlı Xose təhsilini davam etdirmək üçün ABŞ-yə gedir. 17 yaşında ikən Nyu-Yorkun məşhur Manhetti klubunda çıxış edən Kapablanka bütün rəqiblərinə qalib gəlir. Bir il sonra o, dünya çempionu Emanuil Laskerin çıxış etdiyi sürətli oyun üzrə turnirdə bir-birinin ardınca qələbə qazanaraq, finalda oynamaq hüququ qazanır. Finalda 18 yaşlı Kapablanka dünya çempionu Laskeri ağır məğlubiyyətə uğradır. Gənc şahmatçının sürətli və dəqiq düşünülmüş gedişləri çempionu heyrətə salır. Qalibi təbrik edərək Lasker deyir:

Əhsən, siz bir dəfə də olsun səhv etmədiniz.

1908-1909-cu illərdə Kapablanka ABŞ-yə böyük qastrol səfərinə çıxır. İki aya yaxın davam edən səfərdə o, 703 qələbə qazanır. 19 oyunu heç-heçə başa çatdırır və 12 dəfə məğlub olur. Bu səfər onu dünyanın ən güclü şahmatçılarından biri olan ABŞ çempionu Frenk Marşalla oynamağa ruhlandırır. Marşall qələbə qazanacağını güman edərək, asanlıqla onun təklifi ilə razılaşır. Lakin, Kapablanka rəqibini ağır məğlubiyyətə uğradır.

1922-ci ildə Kapablanka Klivlenddə eyni anda 103 rəqibə qarşı oynamış, 102-nə qalib gəlmiş və biri 1-i ilə heç heçə oynamışdı.[1]

  1. Damsky, Yakov. The Batsford Book of Chess Records. London: Batsford. 2005. səh. 253. ISBN 0-7134-8946-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]