Xosrov mirzə Qovanlı-Qacar (diplomat)

Xosrov mirzə Qacar (1813, Təbriz1875, Tehran) — Qacar şahzadəsi, diplomat.

Xosrov mirzə
fars. خسرو میرزا
Doğum tarixi 1813
Doğum yeri
Vəfat tarixi 1875
Vəfat yeri
Atası Abbas mirzə
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbas mirzə Qacarın yeddinci oğlu Xosrov mirzə Amol şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. A. S. Qriboyedovun nəşini Sankt-Peterburqa aparmışdı.

1829-cu ildə İran hökuməti tərəfindən Xosrov mirzənin başçılığı ilə rus çarı sarayına göndərilmiş siyasi nümayəndə heyəti Moskva, Tula, Peterburq şəhərlərində inkişaf etməkdə olan sənaye mərkəzlərini, maarif, mədəniyyət və elm ocaqlarını, hərbi məktəbləri, rəsədxana və digər mühüm müəssisələri gəzərək onlarla tanış olduqda İranın geriliyinə, İran hökuməti başçılarının qəflət yuxusunda uymalarına, onların səhlənkarlıqlarına acıyır və kədərlənirdilər. İran nümayəndə heyəti vətənə qayıtdıqdan sonra Rusiya şəhərlərindəki yeni məktəblər və elm ocaqları tərzdə faydalı və lazımlı olan müəssisələrin İranda yaradılmasını öz hökumətinə təklif etmişdi.

Tarixçi Əminə Pakrəvan yazır: "Lakin Sankt-Peterburqda daima Abbas Mirzə ilə ilgili olaraq bir rahatsızlıq duyulmaqda idi. Düşünürdülər ki, şahzadə özünü toparlayıb savaşa başlayacaqdır. Abbas Mirzənin Osmanlı ilə gizlin anlaşması haqda Rusiya bilgi əldə etmişdi. Rusiya bu gizlin anlaşmanı bir xəyanət kimi yozurdu. Bu xəyanəti ortadan qaldırmaq üçün Qacar dövləti tərəfindən önəmli bir heyətin Sankt-Peterburqu ziyarət etməsini bəkləyirdi. Ancaq bu heyətin başında önəmli bir şəxsiyət durmalı idi ki, istənildiyində Qriboyedovun intiqamını onu girov saxlayaraq ala bilsinlər. Qriboyedov hadisəsi Abbas Mirzənin səfərinin baş tutmasını əngəlləmişdi. Bu üzdən Abbas Mirzə öz oğlu Xosrov Mirzəni bu səfər üçün nəzərdə tutdu. Xosrov Mirzə atasının ən yaxın danışmanı olmuş, Tufarqandakı müzakirələrdə də iştirak etmişdi. Hətta General Paskeviç ona "Yarım Abbas" (Bu ifadə tərcümə edilməmişdir. əsərin orijinal şəklində də "yarım Abbas" olaraq getməkdədir.) olaraq xitab etməkdə idi. "Yarım Abbas" Türk dilində, yəni Abbasın yarısı deməkdir. Abbasın yarısı deməkdə Paskeviç Abbas Mirzənin yarısı kimi bir anlamı nəzərdə tuturdu. Şübhəsiz ki, rus generalın ona bu şəkildə xitab etməsinin səbəbləri var idi. Xosrov Mirzə zəka və siyasi davranış olaraq atasına bənzəməkdə idi". Xosrov Mirzə İranın, Qacar dövlətinin ictimai-siyasi həyatında mühüm rol oynamışdı.

Tarixçi Əminə Pakrəvan yazır: "Gənc Xosrov Mirzə öz heyəti ilə bir yerdə Sankt-Peterburqa yola düşdü. Xosrov Mirzəni Gürcüstanda çox yüksək səviyədə qarşıladılar, lakin Xosrov Mirzə özünü Rusiya-Qacariyə dövlətləri arasındakı münasibətlərin qurbanlığı kimi sanırdı. Düşünürdü ki, Qriboyedovun intiqamını ondan alacaqlar, ancaq bu qurbanlığa hazır idi. Sankt-Peterburqda Xosrov Mirzəni qəbul etmə törənı yaylıq sarayında gerçəkləşdi. Sankt-Peterburq, Abbas Mirzənin Ucandakı hərbi paradından və ordusunu təkrar döyüş halına gətirməsindən, İstanbulla gizlin anlaşmasından xəbərdar idi. Xosrov mirzə öz davranışlarında özünə tam bir güvən örnəyini sərgiləyərək İmperatorla görüşə hazırlaşırdı. Rus imperatorunun önündə diz çökərək, qılıncının ucunu öz sinəsinə tərəf tutaraq ona təqdim etdi. Xosrov Mirzə atasının problemlərini həll etmək üçün fəda olmağa hazır idi. İmperator Xosrov Mirzənin girov olaraq saxlanılmasını da düşünmüşdü. Bu üzdən də iki ay müddətincə rəhinə kimi saxlanılan Xosrov Mirzə ilə bir diplomat kimi deyil, bir çocuqmuş kimi davranırdılar. Xosrov Mirzə iki ay müddətincə qaldığı sarayda oranın memarlıq gözəlliyi ilə bağlı heyrətlərini gizlədə bilmirdi. Olayların axışı Rusiyanın Avropa və Osmanlı ilə olan münasibəti fərqli düzeyə gəlmişdi. Bu hadisələr Rusiyanı Qacariyə ilə barışcıl irtibata girməyə zorlayırdı. Bu üzdən də Xosrov Mirzənin bu ziyarəti Rusiya tərəfindən Qacar dövlətinin Qriboyedov hadisəsi ilə bağlı üzr istəməsi kimi yozumlandı. Qacar dövləti ilə münasibətlərin normallaşdırılması qərarlaşdırıldı.

Fətəli şah Şiraz problemini həll etdikdən sonra Həmədanda ailəsi ilə bir yerdə dincəlməyi düşündü, lakin Xuzistanın isti çöllərindən keçərkən Şahın qadınları çox rahatsızlanmışdılar".

Xosrov Mirzə öz missiyasını yerinə yetirib İrana döndü.

Tarixçi Əminə Pakrəvan yazır: "Şah, Həmədanda yerləşdikdən sonra Abbas Mirzəyə bir məktub yazıb onun da Həmədana gəlməsini istədi. Abbas Mirzə oğlu Xosrov Mirzə ilə bir yerdə Həmədana getdi. Xosrov Mirzə Rusiya imperatoru ilə görüşünün nəticələrini şaha söyləyəcəkdi. "Yeni tarix"in yazarı Cahangir Mirzə ayrıntılarını söyləmədən şahın Abbas Mirzə və Xosrov Mirzə ilə çox yüksək səviyədə davrandığını yazır. Abbas Mirzənin gəlişi münasibətilə şənliklər edilmiş və böyük bir qarşılama törəni gerçəkləşmişdir". Xosrov Mirzə bir çox döyüşlərdə iştirak etmişdi.

Tarixçi Əminə Pakrəvan yazır: "Ancaq Kirmanda hökumət edən Xosrov Mirzəyə daha çətin görəv (vəzifə) verilmişdi. Xosrov Mirzə, Yusif xan Topçu ilə bir yerdə Azərbaycan ordusunun böyük bir hissəsini topları ilə bir yerdə Kirman və Xorasan arasında yerləşən qumsal çöllükdən keçirib Xorasana sövq etməli idilər.

Ancaq Məşhədə xəbər gəldi ki, Xosrov Mirzə öz ordusu ilə qumsal çöllərdən uzaqlaşmış və insan yaşayan yerlərə yaxınlaşmışdır. Təbəs vahələri Xosrov Mirzəni yaxşı qarşılamışdı. O bölgənin kiçik xanları hətta Xosrov Mirzəyə qatılıb, öz hörmətlərini Abbas Mirzəyə bildirmək üçün Xorasana yola düşmüşdülər. Ancaq Təbəsin yaxınlığında olan və möhkəm qalaları ilə səciyələnən Tərşiz şəhəri düşmənlik etməyə başladı. Bu şəhərin mühasirəsi və alınması iki ay sürdü. ən sonda bu nahiyənin Məhəmməd xan Gəraylı adında bir xanının Xosrov Mirzə ilə iş birliyi nəticəsində şəhər zəbt edildi. Məhəmməd xan Gəraylı özü istiqlaldan yana idi. Ancaq bəlli səbəblər üzündən 1832-ci ildə Azərbaycan ordusuna yardım etmək zorunda qalmışdı. O kiçik şəhərdə 10.000 xəlvər buğda ehtikar edilmişdi. Xosrov Mirzə bu buğdanı öz əsgərləri arasında paylamaq yerinə bazarda satışa buraxıb gəlirini orduya xərclədi. Bu qədər buğdanın satışa buraxılması Tərşiz əhalisini sevindirmişdi. Çünkü o soyuq qış günlərində ehtikar üzündən şəhərdə aclıq hiss edilməyə başlamışdı".

  • Бойко С. А., Давыдов Б. Б., Сидорова М. В. Вступительная статья: Персидское посольство 1829 г. // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII–XX вв.: Альманах. — М.: Студия ТРИТЭ: Рос. Архив, 2003. — С. 187–188. — [Т. XII].
  • "Отечественные Записки" 1829, ч. 40, стр. 118 и 138; ср. Записки П. А. Каратыгина, т. I, Л., 1929, стр. 283
  • Записки Сухтелена, "Русский Архив", 1889 г., № 1
  • Ад. П. Берже. Хосров-мирза. — Русская старина, 1879, с. 414
  • Персидский поэт XIX в. Фазил-хан Шайда: (К встрече Пушкина с миссией Хосров-мирзы и к русско-иранским культурным отношениям) // Средневековый Восток: История, культура, источниковедение. М., 1980. С. 226–230, 313–318
  • Боглачев С. В. Персидский принц Хосров-мирза // ХС, 2
  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]