Xosta — Krasnodar diyarının Soçi şəhərində yerləşən mikrorayon. Xostinski rayonunun inzibati mərkəzi. Xost mikrorayonunun mənzilləri Xosta çayının hər iki sahilində yerləşir. Xosta çayı Qara dənizin Tixaya buxtasına tökülür. Yaxınlıqda Vidno burnu yerləşir.
Xosta | |
---|---|
adıq Хъопс, abx. Ҳәаҧсҭа[1] | |
43°31′ şm. e. 39°52′ ş. u. | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Rayon | Soçi (rayon) |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1899 |
Əhalisi | |
Əhalisi | 20 000 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 95ХХХХ, 65ХХХХ |
Poçt indeksləri | 354037, 354067 |
Vikianbarda əlaqəli mediafayllar |
"Tapse—Adler" dəmir yol xətti Xosta rayonu ərazisindən keçir. Ərazidə dəmir yol stansiyası var.
12-ci əsrdə burada Genuya ticarət məntəqəsi Casto yerləşirdi.
XV əsrin sonlarında Şimali Qara dəniz bölgəsi Osmanlı imperiyasının tabeliyinə keçdi. Osmanlılar bu bu bölgədə dörd əsrə yaxın hökümranlıq etdilər.
XV əsrdən Xamış adlı yaşayış məntəqəsi tarixçilərə məlumdur. Bir türk səyyahının sənədi var ki, orda Qara dəniz sahili boyu "yüksək dağları olan meşəlik ərazidə" səyahəti təsvir edilir. Səfərin üçüncü günündə on min əhalisi olan "cəsur adamlar"ın yaşadığı Xabış kəndinə gəlib çatırlar. Yerli əhali dəlisov bir xarakterə sahib idilər. Buna görə də onların kəndinə tacirlər getmirdi. Halbuki kənddə bazar və məscid var idi[2].
Yaşayış məntəqəsi orta əsrlərdən abxaz çarlarının Xamış qəbiləsinin mülkü kimi tanınır.
Xosta termininə Qafqaz müharibəsi sənədlərində rast gəlinir. Ruslara məxsus məlumatlarında Xosta adlı çay, çərkəzlərin Xosta çayının mənsəbindəki yaşayış məntəqəsi isə Xamış adlanırdı.
1899-cu il yanvarın 19-da Dövlət Şurası Xosta qəsəbəsinə sadələşdirilmiş idarəetmə ilə şəhər statusu verilməsi haqqında qərar qəbul etdi. Xosta çayının mənsəb düzənlik 175 şəhər, 60 sənətkarlıq və 50 bağ ərazisinə bölündü.
1905-ci il dekabrın 28-dən 1906-cı il yanvarın 6-dək Xostada Soçi Respublikasının qırmızı bayrağı dalğalandı.
1934-cü il avqustun 10-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Xosta kənd sovetini (Xosta kurort kəndi) Soçi vilayətindən Soçi Şəhər Şurasının tərkibinə qaytardı.[3] 1951-ci ildə kurort kəndi kimi ləğv edildi və 18 aprel 1951-ci ildə bitişik yaşayış məntəqələri ilə birlikdə Kudepsta və Aqura çayları arasındakı sərhədlər daxilində Soçi şəhərinin bir hissəsi kimi Xostinski rayonu yaradıldı[4][5].
Hazırda Xosta mikrorayonunda 20 min nəfər əhali yaşayır. Hər il 120 mindən çox insan istirahət və müalicə üçün Xostaya gəlir.