Xostinski rayonu — Krasnodar diyarında şəhər daxili rayon. Xostinski Soçi şəhərinin dört rayonundan biridir.
Xostinski | |
---|---|
rus. Хостинский | |
43°34′ şm. e. 39°47′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Rayon | Soçi (rayon) |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1951 |
Sahəsi | 31,57 km² |
Əhalisi | |
Əhalisi | 79 285 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazi Qara dəniz sahillərində və Soçi və Kudepsta çaylarının kəsişməsində, Baş Qafqaz silsiləsinin yamaclarında yerləşir.
Rayona tabe olan kəndlərin əksəriyyəti şimalda Qafqaz Dövlət Təbii Biosfer Qoruğu ilə həmsərhəd olan Soçi Milli Parkına aiddir.
Rayon dənizin sahili boyunca, aydın şəkildə müəyyən edilmiş Vidnı burunu ilə birlikdə 13 km-ə qədər uzanır. Soçi şəhərinin hüdudları daxilində olan ərazis 31,57 km²dir[1].
Rayon şəhərin bütün digər rayonları ilə həmsərhəddir: qərbdən — Lazarevski və Mərkəzi Soçi ilə, şərqdən — Adler ilə. Şimalda Baranovski kənd dairəsi vasitəsilə Adıgey ilə sərhəddir. Bölgənin ən yüksək nöqtəsi — Fişt dağıdır (2867,7 m). Orta dağlıqda olan ən yüksək zirvə Amuko (1918) və Böyük Çuradır (2250 m).
1934-cü ilin 10 avqustunda Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətiniin Soçi Şəhər Şurası Xosta Kənd Sovetini (Xosta kurort kəndi) Soçi rayonu tərkibinə qaytardı.[2]
1951-ci ildə kurort kəndi kimi ləğv edildi və 18 aprel 1951-ci ildə bitişik yaşayış məntəqələri ilə birlikdə Kudepsta və Aqura çayları sərhədlər daxilində Soçi şəhərinin bir hissəsi kimi Xostinski rayonuna çevrildi.[3][4]
10 fevral 1961-ci ildə Adler və Lazarevski rayonları şəhərə birləşdir. Soçi şəhəri özü də Mərkəzi rayona aid edildi.[5] Bundan sonra 7 aprel 1961-ci ildə Xostinski rayonunun sərhədləri Soçinin mərkəzinə doğru Vereşaginka çayına qədər genişləndi.[6]
Rayona Qara dəniz sahili boyunca şəhər xəttinin ərazisi, o cümlədən bir neçə mikrorayon daxildir, onlardan ən böyüyü (Soçinin mərkəzindən cənub-şərqə doğru): Svetlana, Bıtxa Matsesta, Kiçik Axun, Xosta, Kudepsta.
Xostinski rayon əhalisinin sayı 2021-ci ilə olan məlumata görə 97 735 nəfərdir. Şəhər ərazisi hüdüdlarında yaşayan əhalinin sayı 79 285, kənd yaşayış məntəqələrində yaşayan əhalinin sayı 18 450 nəfərdir.