Qafqaz qoruğu — dövlət təbiət qoruğudur. Tam adı X.G. Şapoşnikov adına Qafqaz Dövlət Təbiət Biosfer Qoruğudur. Şimali Qafqazda ən böyük və ən qədim, xüsusi qorunan təbiət sahəsidir. Rusiya Federasiyasının üç tərkib hissəsi — Krasnodar diyarı, Adıge Respublikası və Qaraçay-Çərkəz Respublikası sərhədləri daxilində yerləşir.
Qafqaz Dövlət Təbiət Biosfer Qoruğu | |
---|---|
Кавказский государственный природный биосферный заповедник | |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 280 335 ha. |
Yaradılma tarixi | 12.05.1924 |
Yerləşməsi | |
43°40′12″ şm. e. 39°57′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Yaxın şəhər | Soçi |
kavkazzapoved.ru | |
|
|
Rusiya Krasnodar diyarı | |
Vikianbarda əlaqəli mediafayllar |
Qoruq, 12 may 1924-cü ildə təsis edilmiş, Qərbi Qafqazda mülayim və subtropik iqlim zonalarının kəsişməsində yerləşən Qafqaz bizon qoruğunun hüquqi varisidir. Avropanın ən böyük dağ-meşə qoruğudur. Qoruğun ümumi sahəsi 280 min hektardan çoxdur, bunun 177,3 min hektarı Krasnodar diyarındadır.
19 fevral 1979-cu ildə UNESCO-nun qərarı ilə Qafqaz qoruğuna biosfer qoruğu statusu verildi və 2008-ci ilin yanvarında X.G. Şapoşnikovun adını aldı.
1999-cu ildə, Qafqaz Dövlət Təbiət Biosfer Qoruğunun ərazisi, Krasnodar diyarı və Adıge Respublikasında bir sıra digər təbiəti mühafizə obyektləri ilə birlikdə təxminən 19 min hektar sahə, Qərbi Qafqaz adı altında Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Qoruqda 89 növ məməli, 248 — quş, o cümlədən 112 yuva quran quş, 15 növ sürünən, 9 — suda-quruda yaşayanlar, 21 — balıq, 1 — dəyirmiağızlı, 100-dən çox molyusk növü və təxminən 10.000 həşərat növü var.
Soxulcanların, xərçəngkimilərin, hörümçəkkimilərin və bir çox başqa onurğasız heyvan qruplarının dəqiq sayı məlum deyil.
Qoruqdakı məməli növlərinin nümayəndələri ailələr üzrə təsnifatı bu cür paylanır:
Şübhəsiz ki, təbii ekosistemlərin ən həssas halqası böyük məməlilərdir. Qoruqda bu halqa zubrbizon, nəcib maral, qonur ayı, Qafqaz turu, qarapaça, Avropa cüyürü və çöldonuzudur. Bununla birlikdə, porsuq, Qafqaz avropa norkası, susamuru və s. daxil olmaqla bir sıra kiçik heyvan növləri də təcili mühafizə tədbirlərinə və ətraflı araşdırmaya ehtiyac duyur.
Quşlar arasında sərçəkimilər və qızılquşkimilər növlərinin nümayəndələri üstünlük təşkil edir. Herpetofaunanın ən çoxsaylı qrupları həqiqi kərtənkələ və ilandır, balıqda — çəkikimilər.
Qoruğun üzərindən quşların böyük köç yolları keçir. Ən çox görünən böyük sürülərdə toplanan sarların uçuşudur.
Qoruğun bir çox heyvanları məhdud yayılmışdır (endemik) və ya keçmiş geoloji dövrlərin (relikt) canlı şahidləridir. Onlar xüsusilə onurğasızlar arsında, həmçinin balıqlar, amfibiyalar və sürünənlər arasında çoxdur.
Planetimizin nəsli kəsilməkdə olan növləri qoruğun sərhədləri daxilində son sığınacaqlarını tapdılar. Qoruğun onurğalı heyvanlarından 8 növ BTTSMB Qırmızı Kitabına, 25 növ Rusiyanın Qırmızı Kitabına daxil edilmişdir. Onurğasızlarla birlikdə 71 növ dövlət və regional Qırmızı Kitablara daxil edilmişdir.
Qoruğun heyvanat aləmi mənşəyinə görə müxtəlifdir. Burada Aralıq dənizi, Qafqaz, Kolxida və Avropa faunalarının nümayəndələrinə rast gəlinir. Dağların bütün yüksəklik zonalarında endemik və relikt növlərə rast gəlinir.
Qoruqdan bir çox heyvanların Qafqaz yüksək dağlıq və Kolxida meşə növlərin yayılma (qərb) sərhəddi keçir.
Qoruğun florasında 3000 növ bitki qeydə alınıb. Bunların yarıdan çoxu damarlı (lat. Tracheophyta, Plantae Vasculares, Tracheobionta) bitkilərdir. Qoruqda 720-dən çox göbələk növü məlumdur.
Əsas mürəkkəbçiçəklilər (189 növ), dənli bitkilər (100), gülçiçəyikimilər (101), paxlakimilər (77) üstünlük təşkil edir. Meşə florasına 900-dən çox növ daxildir, onların bir hissəsi həmçinin dağ-çəmən qurşağında rast gəlinir. Alp bitkilərinin ümumi sayı 800 növdən çoxdur. Yarpağını tökən bitkilər 142, 16 həmişəyaşıl yarpaqlı və 7 iynəyarpaqlı daxil olmaqla ağaclar və kollar 165 növdür.
Qoruğun florası qədim növlərin və məhdud yayılan nümayəndələrinin olması ilə xarakterizə olunur. Qoruqdakı hər beşinci bitki endemik və ya reliktdir.
Qoruğun florasına qıjıkimilər (təxminən 40 növ), Səhləbkimilər (30-dan çox növ), həmişəyaşıl və qışyaşıl növlər, çoxlu sayda bəzək bitkiləri orijinallıq verir. Belə ki, Qafqazda böyüyən beş növ Rododendrondan üçü (Pontiya rododendronu, Qafqaz rododendronu və Sarı rododendron) qoruqda rast gəlinir.
Demək olar ki, bütün qoruqda giləmeyvəli qaraçöhrənin tək ağaclarına və ya kiçik qruplarına rast gəlinir.