Xotanlar (uyğ. хотәнликләр) — Çinin Sintszyan-Uyğur Muxtar Rayonunun cənub-şərqindəki Xotan mahalında və Xotan vadisində yaşayan uyğur xalqının subetnosu (uyğ. Yurt). Vadi Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Yeniuygur dilinin xotan və ya cənub ləhcəsində danışırlar. Antropoloji baxımdan daha çox avropoid irqinin Pamir-Fərqanə tipinə aiddirlər; Turan irqi tipi növünün nümayəndələri də var. Ümumi sayları 300 minə yaxındır.