Xoxan — rejissor Samir Kərimoğlunun filmi. Nizami Kino Mərkəzində filmin təqdimatı olub.[2]
Xoxan | |
---|---|
Janr |
qorxu komediya |
Rejissor | Samir Kərimoğlu |
Prodüserlər |
Orxan Mərdan Zaur Mirzəzadə |
Ssenari müəllifləri |
Ənvər Abbasov Samid Ağayev Elnur Hüseynov |
Baş rollarda |
Fərda Xudaverdiyev Elməddin Cəfərov Nigar İbrahimova Ələsgər Məmmədoğlu Şəhriyar Əbilov Aynur Hüseyn Nərgiz Zamir |
Rəssam | Səbuhi Atababayev |
İstehsalçı | MOZart media group |
İlk baxış tarixi | 10 dekabr 2014 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 84 dəq. |
Gəlir | 400.000 manat[1] |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Rəng | rəngli |
IMDb | ID6185482 |
"Xoxan" filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir.
Milli mifologiyada "xoxan" sözü "xortdan" sözünün qısaldılmış forması kimi başa düşülür.
Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı — avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...