Ələsgər Məmmədoğlu

Əsgər Məmmədoğlu, bəzən Ələsgər Məmmədoğlu kimi tanınır — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002).[3] Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu "Azərbaycanın Çelentanosu" deyə çağırırdılar.[4]

Əsgər Məmmədoğlu
Digər adı Ələsgər Məmmədoğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi [1] (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Ceyhun Məmmədov[2]
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1977–2015
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002
IMDb ID2948679

Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.[5]

1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.[6] 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

  • Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri),
  • Qazı ("Sizi deyib gəlmişəm" Anar),
  • Səfər ("Əliqulu evlənir" Sabit Rəhman),
  • Cəllad ("Maqbet" Uilyam Şekspir),
  • Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev),
  • Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil),
  • Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin),
  • Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə),
  • Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov),
  • Səlim ("Aydın" Cəfər Cabbarlı),
  • Qasımlı ("Bu dünyanın adamları" Hidayət),
  • Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz),
  • Məzarçı ("Hamlet" Uilyam Şekspir),
  • Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev),
  • Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev),
  • Dilənçi ("Varlı qadın" Əli Əmirli),
  • Kürən ("Xəcalət" Hüseynbala Mirələmov)
  • Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov)
  • Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)

Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V. Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K. Haldoni), Dəmir-qaya "Topal Teymur" H. Cavid), Narsatan ("Qatarda" İ. Məlikzadə), Gümrah ("Alov" M. Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub. Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir.

2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir. Sənətkar uzun müddət idi qaraciyər xərçənginə yaxalanmışdır. Həmçinin onda qan təzyiqi və öd kisəsində problem də var idi. Bir müddət müalicə almışdır. Amma 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşdı. Edilən tibbi yardımlara baxmayaraq, bu istedadlı aktyor axşam saatlarında vəfat etdi. Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn edilmişdir.[7]

  1. Ömrün səhifələri (film, 1974)-Ələsgər
  2. Alma almaya bənzər (film, 1975)-doğum evində gözləyən adam
  3. Xoşbəxtlik qayğıları (film, 1976)-Əlövsət
  4. Qərib cinlər diyarında (film, 1977)-Cin Əsra
  5. Şir evdən getdi (film, 1977)-Yanğınsöndürən
  6. Mehmanxana sahibəsi (film, 1978)-Nökər
  7. Qəribə adam (film, 1979)-Xalid
  8. Axtaran tapar (film, 1980)
  9. Qızıl uçurum (film, 1980)-Neftçi
  10. Sarıköynəklə Valehin nağılı (film, 1980)-Musa
  11. Yol əhvalatı (film, 1980)-Aeroportdakı adam
  12. Qatarda (film, 1981)-Nar satan oğlan
  13. Tehran-43 (1981)
  14. Üzeyir ömrü (film, 1981)-Jurnalist
  15. Evləri köndələn yar (film, 1982)- şair Dağlaraşarlı
  16. Topal Teymur (film, 1983)-Dəmirqaya
  17. Musiqili xaş (film, 1984)-Məclisdəki adam
  18. 100 (film, 1985) (qısametrajlı bədii süjet – Mozalan № 100)
  19. Bəyin oğurlanması (film, 1985)-Pirotexnik Ələsgər
  20. Qəm pəncərəsi (film, 1986)-Kərbəlayi Zeynal
  21. Yaşıl eynəkli adam (film, 1987)-milis bölməsi işçisi
  22. Yaramaz (film, 1988)-Ələsgərin işçisi
  23. Canavar balası-Aşot
  24. Min birinci söz (film, 1997)
  25. "Qayınana" əməliyyatı (film, 1999)-Xəfiyyə
  26. Yaşıl eynəkli adam-2 (film, 1999)-polis bölməsi işçisi
  27. Güllələnmə təxirə salınır!... (film, 2002)-kisəçi
  28. Məhəllə (film, 2003)-Yol polisi işçisi
  29. Məşədi İbad-94 (film, 2005)-Hambal
  30. Toy (film, 2005)-Ələsgər əmi
  31. Kişiləri qoruyun (film, 2006)-Gülümsər
  32. Milçək (film, 2006)-Xəzinədar
  33. Bir dəfə Qafqazda (film, 2007)- rüşvət verən
  34. Evləri göydələn yar (film, 2010)- şair Dağlaraşarlı
  35. 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: ata)
  36. Xoxan (film, 2014)
  1. Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat etdi Arxivləşdirilib 2016-02-22 at the Wayback Machine. xeberle.com, 21. dekabr 2015 (az.)
  2. "Ələsgər Məmmədoğlu son mənzilə yola salındı". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-24.
  3. Məmmədoğlu, Ə. "Gözləmişəm, istədiyim rol gəlməyib": Əsgər Məmmədoğlu: "Avara adamlar guya məni dolayırlar": [aktyor Əsgər Məmmədoğlunun müsahibəsi] //Ekspress.- 2014.- 1–3 mart.- S.19.
  4. Görkəminə görə onu məşhur aktyor Adreano Çelentanoya bənzədir, Azərbaycanın Çelentanosu deyə də çağırırdılar. Arxivləşdirilib 2023-01-29 at the Wayback Machine
  5. "Arxivlənmiş surət". 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-10.
  6. Lider TV. "Ələsgər Məmmədoğlunun doğum günüdür" (az.). Youtube.com. 09.02.2017. İstifadə tarixi: 2017-02-11.
  7. Bir Əsgər var idi…: Hamı onu Ələsgər kimi tanıyırdı: [Əməkdar artist, mərhum Əsgər Məmmədoğlu haqqında] //Mədəniyyət.- 2016.- 3 fevral.- S. 13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]