Xrom (II) oksid

İki polimorf formada mövcuddur. Qırmızı (pirofor deyil) və qara pirofor toz (havada öz-özünə alovlanan) buna görə də qara modifikasiya su qatının altında saxlanılır (su ilə qarşılıqlı təsir göstərmir). Altıbucaqlı kristalları əmələ gətirir. Bütün xrom oksidləri kimi odadavamlıdır. Suda həll olunmur.

Xrom (II) oksid
Ümumi
Sistematik adı Xrom II oksid
Kimyəvi formulu CrO[1]
Molyar kütlə 68 q/mol
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 1550 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 12018-00-7
PubChem
ChemSpider

Fiziki xassələri[redaktə | mənbəni redaktə et]

Alınması[redaktə | mənbəni redaktə et]

  • Azot turşusu və ya oksigen ilə xrom amalgamasının CrHg3 və ya CrHg oksidləşməsi nəticəsində əldə edilir:
  • Xrom ııı oksidin reduksiya nəticəsində:
  • Cr (CO)6 karbonilin termiki parçalanması ilə də əldə edilə bilər.

Kimyəvi xassələri[redaktə | mənbəni redaktə et]

1. 697 °C temperaturda parçalanır:

2. 1000 °C -də hidrogenlə xrom metalına gədər reduksiya edilir:

:: 

3. Həmçinin koksla reduksiya etmək olar:

4. Əsası xassələr görsədərək xlorid turşusunda həll olunur, nəticədə su və xrom II xlor alınır:

Durulaşdırılmış azot və sulfat turşusunda həll olunmur. Havada qızdırıldıqda güclü reduksiyaedici xüsusiyyətlərini nümayiş etdirərək xrom (III) oksidinə gədər sürətlə oksidləşir.

Toksikliyi[redaktə | mənbəni redaktə et]

6 -dan az valentliyi olan xrom birləşmələri aşağı toksikliyə malikdir. 6+ valentliyi olan xrom birləşmələri (xrom (VI) oksid) təhlükəli zəhərlər və kanserogenlər kimi tanınır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Некрасов Б.В. Основы общей химии. — Т.1. — М.: Химия, 1973. — С. 380
  • Неорганические соединения хрома: Справочник. — Л.: Химия, 1981. — С. 9
  • Неорганическая химия / под ред. Ю.Д. Третьякова. — М.: Академия, 2007. — Т. 3. — 352 с.