Xudgər şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonu ərazisində yerləşən şəlalə.
Xudgər şəlaləsi | |
---|---|
Ümumi məlumatlar | |
Hündürlüyü | təq. 14,8 m |
Eni | 1 m |
Çay | Kiş çayı |
Yerləşməsi | |
41°17′37″ şm. e. 47°15′05″ ş. u.HGYO | |
Ölkə | |
|
Yerli əhali tərəfindən Xudgər adlandırılan bu şəlalə Kiş çayının Damarçın qolunun sağ sahilində dəniz səviyyəsindən 1668 m hündürlükdə yerləşir. Xudgər adı "xonkar", "xodkar", "xudkar" sözlərindən yaranmışdır ki, bu da "hökmdar", "sultan", "başçı" mənasını daşıyır. Elmi mənbələrdə adı qeyd olunmayan, 14,8 metr hündürlükdən tökülən, koordinatları N 41˚ 17' 37", E 47˚ 15' 05" olan "Xudgər" şəlaləsi öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsidir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ekoloji coğrafiya" şöbəsinin aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlu və "Ekoloji coğrafiya" şöbəsinin rəhbəri Rəhimov Yusif Rəsul oğlu tərəfindən 2018-ci ildə Şəki rayonundakı Kiş çayı və çayın qolları üzərində, regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı qeydə alınıb.[1][2][3]