İtuçan şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonunun Şin kəndi ərazisində yerləşən şəlalə.
İtuçan şəlaləsi | |
---|---|
Ümumi məlumatlar | |
Hündürlüyü | 14 m |
Çay | Şin çayı |
Yerləşməsi | |
41°23′08″ şm. e. 47°09′16″ ş. u.HGYO | |
Rayon | |
Kənd | Şin kəndi |
İtuçan şəlaləsi elmi ədəbiyyata yeni daxil edilən şəlalələrdən biridir. AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 2023-cü ilin avqust ayında Şəki rayonu Şin çayı, çayın qolları və ətraf ərazilərində regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı şəlalə aşkar edilib. Şəlalə Şin çayının sağ sahilində, dəniz səviyyəsindən 1299 metr hündürlükdə, tarixi Axtı-Şəki yolunun üzərində yerləşir.[1]
Alim Qafqaz Ağabalayev verdiyi məlumata görə, Elvin Qarayev tərəfindən aşkar edilən yerli əhalinin "İtuçan" adlandırdığı şəlalə bugünə qədər elmi mənbələrdə qeyd olunmayıb. Şəlalə yerli əhali tərəfindən İtuçan adlandırılır. Şəlalənin yerli əhali tərəfindən "İtuçan" adlandırılmasının əsas səbəbi isə əvvəlki vaxtlarda həmin şəlalənin yerləşdiyi bu yoldan bir çoban itinin yıxılıb ölməsi ilə bağlıdır.[1]
Şəlalə 14 metr hündürlükən tökülməkdədir.[1]