Mucuq şəlaləsi[1] — Azərbaycan Respublikasının Qəbələ rayonu, Laza kəndi yaxınlığında yerləşir. Mucuq şəlaləsi Dəmiraparançayının solunda, 200 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 96 metrdir[2]. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Şəlaləyə gələn və həmçinin şəlaləni əmələ gətirən su, kiçik çay əmələ gətirir. Çaya Muçuqçay adı verilmişdir. Muçuqçay Dəmiraparan çayının çox qollarından biridir. Çay Tufandağ massivinin cənub-şərq yamacında yerləşən Qotur dağı (3226 m) massivindən (məşhur Salavat aşırımı bu massivdə yerləşir) 2800-3000 metr hündürlükdən başlayır.
Mucuq şəlaləsi | |
---|---|
Yerləşməsi | |
41°03′00″ şm. e. 47°58′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon |
|
|