Xuraman Hacıyeva

Xuraman Abdulla qızı Hacıyeva (7 mart 1945, Bakı15 fevral 2005, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1999).

Xuraman Hacıyeva
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1965-ci ildən
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1999 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979
IMDb ID1136158

Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb. GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç), Humay, Ceyran ("Komsomol poeması" və "Çaloyna", İsgəndər Coşqun), Firəngiz ("Məhəbbət novellası", Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mərcan, Şirin ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə məni", Əkrəm Əylisli), Cəvahir xanım, Nəzakət ("Büllur sarayda" və "Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Səkinə ("Ərizə", Əli Əmirli), Zərnigar ("Sınaq pillələri", Ramiz Heydər), Nərgiz ("Bir sahilin adamları", Xalidə Hasilova), Pəri ("Kiçik təpə", Nəbi Xəzri), Sona xanım ("Qonşu qonşu olsa...", Rəşid bəy Əfəndiyev) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.

Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq artisti (9 oktyabr 1999) fəxri adlarına layiq görülüb.

15 fevral 2005-ci ildə Bakıda qəflətən vəfat etmiş və Ucar rayonunda dəfn olunmuşdur.

  1. Arşın mal alan (film, 1965)
  2. Bakıda küləklər əsir (film, 1974)
  3. Birisigün, gecəyarısı... (film, 1981)
  4. Əlvida (film, 2007)
  5. Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV)
  6. Gilas ağacı (film, 1972)
  7. Hansı peşə yaxşıdır (film, 1982)
  8. Hədiyyə (film, 1986)
  9. Hökm (film, 1994)
  10. İşgüzar adamlar (film, 1977)
  11. Lətifə (film, 1989)
  12. O geri çəkilməlidir (film, 1966)
  13. Ömrün səhifələri (film, 1974)
  14. Sən belə cımbılısan (film, 1982)