İki gənc bir-birini sevir. Qız (Xuraman Hacıyeva) vərəm xəstəliyinə tutulur. Buna baxmayaraq sevgilisi (Namiq Məmmədov) ondan üz döndərmir. Məhəbbət xəstəliyə qalib gəlir, qız tamamilə sağalır.
O geri çəkilməlidir | |
---|---|
Janr | sənədli film |
Rejissor | Zeynəb Kazımova |
Ssenari müəllifi | İmran Qasımov |
Baş rollarda |
Xuraman Hacıyeva — qız Namiq Məmmədov — oğlan |
Operator | Elxan Əliyev |
Bəstəkar | Emin Mahmudov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1966 |
Filmin növü | qısametrajlı sənədli-bədii film |
Ölkə | SSRİ |
İl | 1966 |
Texniki məlumatlar |
3 hissə 778 metr 35 mm |
Belə nikbin sonluqla qurtaran elmi-kütləvi film Azərbaycanda əhalinin sağlamlığı üçün görülən profilaktik tədbirlərdən, konkret olaraq vərəm xəstəliyinə qarşı aparılan mübarizədən bəhs edir.
Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.