Yəşəmi qablar

"Wedgwood" manufakturası tərəfindən təxminən 1790-cı illərdə yəşəmi keramikadan hazırlanmış qapaqlı güldan. Güldan manufaktura üçün ənənəvi olan və "Vedcvud mavisi" adlandırılan rənglərdə işlənmişdir. Dizaynda Con Flaksmen[1] tərəfindən hazırlanmış bahar muzaları qabartmalarından istifadə edilmişdir. Viktoriya və Albert muzeyi, London.

Yəşəmi qablar (ing. Jasperware) — Cozaya Vedcvud tərəfindən 1770-ci illərdə kəşf edilmiş dulusçuluq məhsulları. Yəşəmi qablar adətən yüksək tempraturlu keramika[2] (keramoqranit) kimi təsvir edilsə də, biskvit çinisinə xas mat səthə malik olur və müxtəlif rəng tonlarında istehsal edilir. Yəşəmi qabların ən məşhur rəng tonu solğun mavidir ki, bu ton sonradan Vedcvud mavisi kimi tanınmışdır. Yəşəmi qablar üçün kontrastlı rənglərdən (adətən rənglərdən biri həmişə ağ olsa da, digər rənglərin istifadəsinə də rast gəlinir) istifadə edərək kameo effekti yaradan relyefli naxışlar xarakterikdir. Relyeflər qəliblər vasitəsi ilə hazırlanmaqla, yapma texnologiyası ilə məhsula əlavə edilir.[3]

Bir neçə il davam edən təcrübələrdən sonra 1770-ci illərdə "Wedgwood" yəşəmi qabları əvvəlcə kiçik elementlər şəklində, 1780-ci illərdən etibarən isə həm də böyük güldanlar kimi satışa çıxarır. Satışa çıxdığı vaxtdan etibarən yəşəmi qablar çox məşhurlaşır və bir neçə il sonra digər dülgərlər də yəşəmi qabların yeni versiyalarını təqdim etməyə başlayırlar. XXI əsrdə "Wedgwood" yəşəmi qabların istehsalını davam etdirir. Dekor zamanı əsasən dəbli neoklassik üslub istifadə edilsə də, bəzi hallarda başqa tərzlərə də rast gəlinir. Dizayn üçün "Wedgwood" ənənəvi Staffordşir keramikası sərhədlərindən kənara çıxaraq, digər sənətkarlara da müraciət edir. Kağızdan kəsilmiş siluet portretlərinin məşhurluğu dövründə, məşhur şəxslərin yüksək keyfiyyətli portretləri ən çox tələb edilən məhsullar arasında idi. Bu müddətdə yəşəmi qablar geniş çeşiddə istehsal edilsə də, ənənəvi çay və ya yemək dəsti kimi istehsal edilmirdi. Üç ölçülü fiqurlar yalnız daha böyük qabların dekoru kimi və adətən ağ rəngdə istehsal edilir. Çay və yemək üçün nəzərdə tutulmuş ayrı-ayrı qablar içəridən şirlə örtülür.[4]

Yəşəmi qabların orijinal reseptində gil və digər məmulatlar boya əlavə edilməklə rəngləndirilir (mənbələrdə tez-tez "boyanmış" adlandırılır); sonrakı dövrdə hazırlanmış, lakin bişirilməmiş əşyanın səthi quru anqob ilə örtülürdü və bu əşyalar yalnız yaxın baxış zamanı rəngli görünürdü. Bu qablar "düz rəngli" və ya "daldırılmış" (və ya "Daldırılmış Yəşəmi") adlandırılır. Rənglənməmiş qablar bişirmə zamanı ağ və ya sarımtıl tonlu ağ rəng alır, ağ qalması lazım olan elementlərə həm də kobalt əlavə olunur.[5]

Yəşəmi qabların tərkibi və rəngləri

[redaktə | mənbəni redaktə et]

Marketinq səbəbilə yəşəm mineralının adı ilə adlandırılsa da, Vedcvudun dəqiq tərkib formulası gizli saxlanılır. Lakin, analizlər göstərir ki, yəşəmi qabların materialının əsas elementi barium sulfatdır.[6] Yəşəmi qabların təqdim edilməsindən on il əvvəl Cozaya Vedcvud yüksək tempraturlu keramikanın yeni bir növünü təqdim etmiş və bu növü “Qara bazalt” adlandırmışdı. Bir müddət ağ yüksək tempraturlu keramika ilə təcrübə aparan Vedcvud, 1773-1774-cü illərdə “mumvari ağ yəşəm” adlandırdığı yeni tərkibi təqdim etmişdir. Lakin, bişirilmə zamanı ilkin gözəlliyini itirən bu material çox məşhurlaşmamış və az satılmışdır.[7]

Yəşəmi qabların tərkibi dəyişkən olsa da, XIX əsrdə aparılmış analizlərdən birinin nəticəsinə görə 57% barium sulfat, 29% şar gili, 10% çaxmaqdaşı tozu, 4% barium karbonatdan ibarətdir. Keramik flyus olan Barium sulfat Derbişir mədənlərində əlavə qazıntı nümunəsi kimi rahatlıqla əldə edilirdi.[8]

Yəşəmi qabların bişirilmiş həcmi ağ rəngdə olsa da, əsasən metallik oksid boyalarla rənglənir; onun ən yayğın rəngi solğun mavi olsa da, eyni zamanda tünd göy, yasəməni, adaçayı yaşılı (Vedcvud tərəfindən dəniz yaşılı kimi təsvir olunur), qara və sarı rənglər də istifadə olunur. Ehtimal ki, yaşıl rəng üçün xrom oksid, mavi və göy rəng üçün kobalt oksid, yasəməni rəng üçün manqan oksid, sarı rəng üçün stibium sulfat, qara rəng üçün isə dəmir oksidi istifadə edilir.[9][10] Bəzən əsas hissəsi digər rənglərdə, eyni zamanda, ağ rəngdə hazırlanmış və üzəri rəngli naxışlarla bəzədilmiş yəşəmi qablara da rast gəlinir. Ən nadir rast gəlinən rəng sarı rəngdir. İri güldanlar kimi bəzi əşyaların istehsalında bir neçə rəngdən istifadə edilməsi hallarına da rast gəlinir.[11]

Yəşəmi qabların ən erkən nümunələri tam rənglənmiş qablar olsa da, qısa müddət sonra yalnız xarici hissəsi rənglənmiş qablar daha çox istehsal edilməyə başlayır və bu qablar “daldırılmış” kimi təqdim edilir. Boyaya daldırılma texnikası ilk dəfə 1777-ci ildə tətbiq olunur, həmin ildə Vedcvud yazır ki, “kobaltın bir funtunun dəyəri 36 şillinqdir və qabın hər yerinin boyanması üçün bu çox baha qiymətə olan materialdır”.[12] 1829-cu ildə yəşəmi qabların istehsalı demək olar ki, dayandırılır, lakin, 1844-cü ildə istehsalata yenidən start verilir. Buna baxmayaraq, 1860-cı ilə kimi sərt yəşəmi qablar istehsal edilmir.[13] Tünd göy rəngli yəşəmi qabların ən erkən nümunələri əvvəldən mavi hazırlanmış qabların təkrar rəngə daldırılması yolu ilə əldə edilirdi. Erkən istehsalın ən gözəl sənət nümunələrində relyef işlərinin hazırlanmasında dövrün ən məşhur lapidariya ustaları birbaşa iştirak etmişlər.[11]

  1. "Jasperware vase and cover". Ceramics. Victoria and Albert Museum. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2023.
  2. Wood, 29; Godden, 45 və sair, bəzi tədqiqatçılar bu qabları çininin bir növü kimi qəbul edirlər: Paul Rado. An Introduction To The Technology Of Pottery. 2nd edition. Pergamon Press / Institute Of Ceramics. 1988.
  3. Wood, 29
  4. Wood, 30; Savage, 194-196
  5. Wood, 30-31
  6. "Jasper Wedgwood – A Brief History". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  7. Wood, 31; Savage, 194
  8. Wood, 29-30; Gooden, 45 gives a mix with 59% barium sulphate and 2% barium carbonate, another Victorian authority gave the proportions follows: sulphate of barytes 150, china clay 35, blue clay 45, flint 35, gypsum 6, and Cornish stone 50 (321 total) - Chemistry, Theoretical, Practical, and Analytical: As Applied and Relating to the Arts and Manufactures, Volume 2, Glasgow : Mackenzie, 1860, by Sheridan Muspratt, Eben Norton Horsford, and William Mackenzie, page 817.
  9. ""Josiah Wedgwood's colourful chemistry experiments", 2011, Debbie Rudder, Powerhouse Museum". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  10. Wood, 30; Savage, 196
  11. 1 2 Savage, 196
  12. Letter to Bentley, quoted Godden, 45
  13. [1] Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine; Wood, 31
  • Godden, Geoffrey, English China, 1985, Barrie & Jenkins, ISBN 0091583004
  • Savage, George, Pottery Through the Ages, Penguin, 1959
  • Wood, Frank L., The World of British Stoneware: Its History, Manufacture and Wares, 2014, Troubador Publishing Ltd, ISBN 178306367X, 9781783063673