Yəhudi Getto Polisi

Varşava gettosunda fəaliyyət göstərən Yəhudi Getto Polisinin əməkdaşları.

Yəhudi Getto Polisi (alm. Jüdische Ghetto-Polizei, Jüdischer Ordnungsdienst‎) — Üçüncü Reyx işğalı altında olan ərazilərdə almanlar tərəfindən yəhudi vətəndaşlardan təşkil edilmiş yerli polis təşkilatı. Yəhudi Getto Polisinin əməkdaşları əsasən getto və həbs düşərgələrində saxlanılan yəhudilərlə məşğul olurdu. Qurum alman polisinə yardım məqsədi ilə yaradılmışdır.