Yəhya Dövlətabadi

Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi (8 yanvar 1863 və ya 1862[1], İsfahan27 oktyabr 1939 və ya 1939[1], Tehran) — İran tarixçisi, şairi, siyasətçisi.

Yəhya Dövlətabadi
Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi
Doğum tarixi
Doğum yeri İsfahan, İran
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti xəttat, siyasətçi, şair, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi 1862-ci ildə İsfahan şəhərində doğulmuşdu.

Yəhya Dövlətabadi İranın məşhur ziyalılarından idi. O, İran Məclisinin digər üç deputatı ilə (Seyid Həsən Müdərris, Seyid Həsən Tağızadə və gələcək baş nazir Məhəmmədəli Müsəddiq) birlikdə 1925-ci ilin oktyabrında Qacar sülaləsinin ləğvi haqqındakı qanunun əleyhinə səs vermişdi.

Yəhya Dövlətabadi publistik fəaliyyəti ilə məşğul idi. Daha xalq minbərdən idarə olunmurdu. Çünki xalq mədəniyyət və təfəkkür tərzi baxımından əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda nəşriyyat bazarının yaranmasına yol açdı. Müxtəlif qəzetlər yayılmağa başladı. İnqilabi hərəkat ölkənin ədəbi mühitində əks olunduğuna görə tezliklə bir çox şair və yazıçılar da azadlıq aşiqlərinə qoşularaq qələmləri ilə mübarizəyə atıldılar. Nəticədə xalqın informasiya qıtlığı aradan qaldırıldı.

Xalqın əlinə yetişən bu qəzetlər kütləni gündən-günə yenilənən siyasi cərəyanlara doğru istiqamətləndirirdi. Bu nəşriyyatların yeni ədəbi-mədəni mühitin formalaşmasında günün tələbindən doğan əsərlərin yaradılmasında, həcv və tənqidin köməyilə xalqın əsrlərdən bəri davam edən qəflət yuxusundan oyadılmasında böyük rolu oldu.

İlk Milli Şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra azərbaycanlı millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Beləliklə, mətbuat tam azadlığa qovuşaraq istədiyi qəzeti senzurasız çap etmək hüququna malik oldu. Cəmiyyətin hüquqlarının qorunması, habelə, qələm sahiblərinin və mətbuatın basqılarını zərərsizləşdirilməsi məqsədilə, qanunlar çərçivəsində, kitab, qəzet, elan və müxtəlif layihələrin nəşri azad şəkildə gerçəkləşdi.

Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki, doğrudur, bu dövrdə ölkədə bir sıra mətbu orqanlar çıxdı. Lakin onların çoxu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və başqa bu kimi yazılarla dolu idi. Ölkədə aparılan işlər və baş verən proseslərin tənqidindən söhbət gedə bilməzdi. Sanki buradakı məmurlar bütün işlərdən uzaq idi.

Lakin haqqında söhbət gedən qanun qəbul olunduqdan sonra mətbuat bütün ölkədə azad şəkildə nəşr edilməyə başladı. Qələm sahibləri tam qüvvəylə xalqı informasiya ilə təmin etmək üçün səfərbər oldular. İstər siyasi, istər ictimai, istərsə də iqtisadi baxımdan bütün məsələlər qəzet səhifələrində şərh və analiz olunmağa başladı. Saray, hətta şəxsən Məhəmmədəli şah belə tənqid edildi. Ə. Kəsrəvinin qeyd etdiyinə görə, Sultanulüləma Xorasani "Ruhulqüds" qəzetində cəsarətli sözlər yazmışdı: "Bunların da başında Məhəmmədəli Mirzə dururdu. Təhsil nazirinin məhkəməyə müraciəti nəticəsində Sultanülüləma oraya dəvət edildi. Məhəmmədəli mirzənin ünvanının "qəssab dükanı" adlandırılmasının səbəbi soruşulduqda Sultanülüləma münsiflər heyəti çağırılmasını tələb etdi. Bu bəhanə ilə cavab verməkdən boyun qaçırdı və iddia təmin olunmadı".

Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, "iranlıların Bakıda qurulan ilk inqilabi cəmiyyəti Tehran və Təbrizə mürşidlər, fədailər, bombalar və sair məvaddi-infilaqiyyə göndərirdi". O, İranda inqilab və azadlıq hərəkatını "izhar edən qüvvət və alimlərin toplandığı mərkəzin Bakı və İstanbul olduğunu" qeyd edirdi: "Məşrutə dönəmində İstanbulda əsasən iranlı türklərdən ibarət "Səadət əncüməni" adlı komitə təşkil olunmuşdu. İstanbulda "Səadət əncüməni" tərəfindən həftəlik "Siruş" (1909-1910) adlı qəzet çıxarılırdı. Onun yaradıcı heyətinə Seyid Məhəmməd Tofiq, Əliəkbər Dehxuda ("Sure-İsrafil" qəzetinin aparıcı müxbiri) Əhməd bəy Ağaoğlu və Yəhya Dövlətabadi daxil idilər.

Sübhi-əzəl Kipirə sürgün olunarkən tərəfdarlarının çox az bir hissəsi onunla getdi və orada «Əzəliyyə» firqəsinin bünövrəsini qoydular. Hicrətin 1330-cü (1892-ci ilində Sübhi-əzəlin vəfatından sonra Mirzə Yəhya Dövlətabadi Tehranda Əzəliyyə firqəsinin rəhbərliyini öz üzərinə götürsə də, əksəriyyəti təşkil edən Kiprdəki tərəfdarlarına nicat verə bilmədi. Beləliklə, «Əzəliyyə» çox tez bir zamanda zəifləyib aradan getdi.

  1. 1 2 Identifiants et Référentiels (fr.). ABES, 2011.