Yəhya Musayev

Yəhya Musayev(Yəhya Musa oğlu Musayev; 1959, Bakı) — "Tərəqqi" medal mükafatçısı, sabiq Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirinin müavini.[1]

Yəhya Musayev
15 dekabr 2006 – 12 yanvar 2024
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
NazirVüqar Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 1959
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili

Təltifləri "Tərəqqi" medalı

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1959-cu ildə Bakı şəhərində anadan olmuş;
  • 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş;
  • 1979–1980-ci illərdə fəhlə işləmiş;
  • 1980–1982-ci illərdə "Azneftyoltikintitəmir" trestində mühəndis və iqtisadçı olmuş;
  • 1982–1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləmiş;
  • 1983–1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib işləmiş;
  • 1985–1994-cü illərdə Ə. C. Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib olmuş;
  • 1994–2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib işləmiş;
  • 2003–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi olmuş;
  • 2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində baş direktorun müşaviri vəzifəsində çalışmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.[1]
  • 2024-cü il 12 dekabrda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad olunub.[2]

Ailəlidir, bir oğlu var.[1]

  1. 1 2 3 4 "Nazir müavinləri". 2019-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-26.
  2. "Prezident nazir müavinini vəzifədən azad edib – EKSKLÜZİV". Report İnformasiya Agentliyi (az.). 2024-01-12. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.