Yəhya xan Mirzə Əsədulla xan oğlu Diba (1881-1940) — İranın ictimai-siyasi xadimi.
Yəhya xan Diba | |
---|---|
Yəhya xan Mirzə Əsədulla xan oğlu Diba | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Qacarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Atası | Mirzə Əsədulla xan Nizaməddövlə |
Fəaliyyəti | siyasətçi |
Yəhya xan Mirzə Əsədulla xan oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində, ali təhsilini Avropada almışdı.
Yəhya xan Diba Azərbaycan camaatı tərəfindən İran Milli Məclisinə nümayəndə seçilmişdi.
Yəhya xan Diba Qacarlar dönəmində Cənubi Azərbaycan Maliyyə idarəsinin rəisi vəzifəsində çalışmışdı.
Yəhya xan Diba Pəhləvi sarayında xidmət etmişdi.
Yəhya xan Diba 1940-cı ildə vəfat edib.