Yağış qurdu

Yağış qurduHəlqəvi qurdlar tipinin azqıllı hələvi qurdlar sinifinə aiddir[1].

Yağış qurdu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yağış qurdu
Beynəlxalq elmi adı

Yağış qurdu 15–30 sm uzunluqda olub, bədəni qurdvari formadadır. Rəngləri müxtəlifdir. Təbiətdə qonur-boz, qəhvəyi , qirmızımtıl rəngdə olurlar. Bel tərəfi nisbətən qabarıq, qarın hissəsi isə yastılaşmış formadadır. Bədəni həlqələrdən ibarət olub buğumluluq əmələ gətirmişdir. Buğumların sayı 140–180 olub, bütün bədən boyu yerləşmişdir. Buğumlar demək olar ki, hormonom olub, aydın şəkildə nəzərə çarpır.

Yağış qurdunun bədəni xaricdən kitikula ilə örtülmüşdür. Kitikula nazik olub, onun alt hissəsində birqatlı silindrşəkilli epiteli yerləşmişdir. Epitelinin altında ikiqatlı əzələ vardır. Onlardan biri üst hissədə yerləşən həlqəvi əzələlərdir. İkincisi isə uzununa əzələlər olub, daha möhkəm qatdır və 4–5 əzələ zolağından ibarətdir. Kitikula, epiteli və əzələlər birlikdə yağış qurdunun dəri-ədununbzələ kissəsini əmələ gətirir. Dəri-əzələ kissəsi yaxşı inkişaf etmişdir, ona görə də onlarda fəal qurdvarı hərəkətlər əmələ gəlir. Yağış qurdunun dərisi birhüceyrəli selikli vəzilərlə zəngindir. Yağış qurdunun bədənin ön qurtaracağında girdə formalı büküş vardır.Bu baş hissənin prostomiumudur. Ondan daldakı buğum peristomium adlanır və ön hissədə ağız dəliyi yerləşir.Bu iki buğum başqa buğumlarda nəzərə çarpacaq dərəcədə fərqlənir. Bədənin dal tərəfində piqidium adlanan anal buğumu vardır. Bu buğum da quruluşuna görə gövdənin buğumlarından fərqlənir və onda anal dəliyi vardır. Yağış qurdunun prostomium, peristomium, və piqidium buğumları bədənin başqa buğumlarından fərqlənir[1].

Yağış qurdunun bədən buğumlarında qıllar vardır. Hər bir buğumda qıllar 4 cütdür. Onlarda iki cütü qarın, iki cütü isə bel və ya yan qarın qıllarıdır.

Qıllar uc hissədən itiləşmiş formadadır. Qıllar prostomium, peristomium və piqidium buğumlarında olmur. Yağış qurdunun bel hissəsində kiçik ölçülü tək-tək yerləşmiş dəliklər vardır. Bu dəliklərdən bədənin səthinə daxildəki maye ifraz olunur və bununda qurdun həyatında böyük əhəmiyyəti vardır. Bu dəliklər ancaq bədənin bir neçə ön buğumunda olmur.

Yağış qurdu selom adlanan ikinci bədən boşluğuna malikdir. Bədən boşluğu septi adlanan ayrı-ayrı arakəmələrdən təşkil olunmuş kameralardan ibarətdir. Septilər buğumların sərhəddinə uyğun gəlir. Ona görə daxili selomik kameraları onun xarici buğumları ilə eyniyyət təşkil edir. Bədən boşluğu müxtəlif hüceyrələri olan maye ilə dolu olur.

Yağış qurdu hərəkət ederkən bədəni peristaltik olaraq yığılir və uzanır. Bədən yığılarkən yoğunlaşır, uzandıqda isə nazikləşir və beləliklə qurdvari hərəkət əmələ gəlir. Bunun başlıca səbəbi isə onlarda dəri-əzələ kissəsinin yaxşı inkişaf etməsidir. Hərəkətdə həmçinin bədəndə olan qıllarda iştirak edir. Qıllar səthə yapışaraq əzələlərin yığılıb açılmasına kömək edir. Yağış qurddu bu qayda ilə hərəkət edərək baş hissəsi ilə torpağa soxulur, özünə yollar açır. Bu vaxt qurd keçdiyi yolda quruntu bağırsağından keçərək yuvasını qurur. Yağış qurdu torpaqda yaşayır. Yağış qurdu 1–2 metr uzunluqda olur. Güclü yağış yağdığda yuvalarından yerin səthinə çıxırlar. Görünür ona görədə yağış qurdu adlanırlar. Ən çox bitki çürüntüləri ilə zəngin olan torpaqda yaşayırlar[1].

Həzm sistemi ağız dəliyi ilə başlanır və anusla qurtarır. Ağız dəliyi ağız boşluğuna açılır və bədənin ön qurtaracağının qarın hissəsində yerləşmişdir. Ağız boşluğu tədricən əzələli divara malik olan geniş udlağa açılır. Udlağa udlaq vəziləri adlanan çoxlu vəzlərin axarları açılır. İfraz olunan maye qidanı isladır və qismən də həzmdə, xüsusilə zülalların parçalanmasında iştirak edin. Udlaq boruşəkilli dar qida borusuna keçir. Qida borusu 7–14-cü buğumlar arasında yerləşir və onlarda morren adlanan kirəcli vəzlər vardır. Bu vəzlərin ifraz etdiyi maye qurdun qidasında olan turşunu neytrallaşdirmağa və s. xidmət edir. Qida borusu 14-cü buğumda genişlənərək çinədanı əmələ gətirir. Çinədandan sonra əzələli mədə yerləşmişdir. Mədə qalın divara malikdir və burada qida xırdalanır. Göstərilən bu hissələr bu hissələr-ağız dəliyi, udlaq, qida borusu, çinədan, mədə həzm sisteminin bağırsağını təşkil edir. Mədədən sonra orta bağırsaq başlanır. Orta bağırsağın daxili hissəsi birqatlı epiteli ilə örtülmüşdür. Üst hissəsi isə xlorakogen hüceyrələr adlanan sarı təbəqə ilə örtülüdür. Bu hüceyrələr iki funksiya yerinə yetirir. Bir tərəfdən onlar qlikogen, zülal, yağ kimi qidalı maddələrin ehtiyyatını toplayır, digər tərəfdən qonur-sarı dənəcik formasında ifrazat məhsullarını yığırlar. Orta bağırsaqda qidanın həzmi və sorulması baş verir. Burada bağırsağın epitelisi müxtəlif hüceyrələrlə-tiflozolislə zəngin olub, bağırsağın səthinin genişlənməsini və həzm fermenti ifraz etməklə qidanın həzm olunmasını və sorulmasını təmin edir. Həzm hüceyrədaxili deyildir. Orta bağırsaqdan sonra qısa dal bağırsaq gəlir və o da anal dəliyi ilə nəhayətlənir[1].

İfrazat sistemi

[redaktə | mənbəni redaktə et]

İfrazat sistemi metanefridial tipdədir. Metanefridilər cüt olub, sağ və sol tərəfdə yerləşməklə hər buğumda təkrar olunur. Metanerdi nefrostom adlanan kiçik qıfla başlayır. Qıf bədən boşluğuna, ordan çıxan nazik kanal isə ifrazat kanalına açılır. Hər bir metanefridi əvvəlki buğumdan başlanır və sonrakı buğumun boşluğuna keçərək, yanda olan nefropor adlanan dəliklə xaricə açılır. Nefridial kanal kirpiklərlə təchiz olunmuşdur. İfrazat funksiyasını həmçinin xlorokogen hüceyrələrdə yerinə yetirir. Bu hüceyrələr ifrazat məhsullarını özündə toplayır və sonra məhv olaraq qırılıb bağırsaqın boşluğuna düşərək metanefridi kanalı vasitəsi ilə xaric olunur[1].

Qan-damar sistemi

[redaktə | mənbəni redaktə et]

Qan-damar sistemi sistemi qapalı olub qan damarlarla axır. Qan-damar sisteminin əsasını qarınbel qan damarları təşkil edir. Bel qan-damarı yağış qurdunun bel hissəsində, bağırsağın üstündə yerləşmişdir. Bu xüsusi əzələlərlə təchiz olunmuşdur və nəbzlidir. Qarın qan-damarı bağırsağın altında yerləşir və nəbzli deyildir. Qan bel hissədə daldan önə doğru hərəkət edir. Bel və qarın damarları ilə yanaşı bədən boyu daha kiçik uzununa nevral damarlar da vardır. Bədənin ön hissəsində 7–11-ci buğumlarda 5 ədəd həlqəvi damarlar vardır. Bu damarlar qida borusunu əhatə edərək bel və qarın qan damarları ilə birləşirlər. Həqəvi damarlar nəbzlidir qanı bel damarından qarın damarına qovur. Odur ki, bu hissə ürək funksiyasını yerinə yetirdiyi üçün ürək adlanır. İri damarlarla yanaşı bağırsağın divarında, bədən səthinə çoxlu miqdarda nazik qan damarları vardır. Bu damarlar kapiliyar qan damarlarıdır və əsas damarlarla əlaqəli olub, bədəni qidalı maddələrlə təmin edir və qazlar mübadiləsini tənzimləyir. Yağış qurdunun qanı qırmızıdır. Qanın qırmızı olmasının səbəbi qanda hemoqlobinin olmasıdır[1].

Tənəffüs orqanları

[redaktə | mənbəni redaktə et]

Tənəffüs orqanları yoxdur. Tənəffüs prosesi dəri vasitəsi ilə olur. Bədəndə olan kapiliyar qan damarlarında oksidləşmə prosesi baş verir və bununlada qurdun tənəffüsü təmin olunur. Tənəffüs prosesində həmçinin qida borusunda olan kirəcli vəzlərdə rol oynayır.

Sinir sisteminin əsasını mərkəzi sinir sistemi təşkil edir. Mərkəzi sinir sistemi bir cüt udlaqüstü, bir cüt udlaqaltı sinir düyünləri, onların əmələ gətirdiyi sinir həlqəsini və qarın sinir zəncirini təşkil edir. Udlaqüstü düyünlər yaxşı inkişaf edərək, baş beyin adlanır və udlağın bel tərəfində yerləşmişdir. Qarın sinir zənciri udlaqaltı sinir düyünlərindən başlayaraq bədən boyu uzanır və hər bir buğumda sinir hüceyrələri yığılaraq sinir düyününü əmələ gətirir. Hər bir sinir düyünlərindən sinirlər çıxaraq öz buğumunu sinirləndirir[1].

Cinsi orqanları

[redaktə | mənbəni redaktə et]

Cinsi orqanlarının quruluşuna görə yağış qurdu hermofroditdir. Erkək cinsi orqanlarında toxumluq 10 və 11-ci buğumlarda yerləşən iki cüt kiçik toxumluqdan ibarətdir. Hər toxumluğun yanında toxumçıxarıcı kanalların qıfı yerləşmişdir. Hər iki tərəfin toxumçıxarıcı kanalları toxum borusuna birləşir. Toxum borusu qarın tərəfin 15-ci buğumunda cinsi dəliklə xaricə açılır. Toxumluqlar toxum kisəcikləri ilə əhatə olunmuşdur. Toxum kissəcikləri üçdür və 9, 10, 12-ci buğumda yerləşmişdir. Spermatazoidlər toxum kissəciklərində yetişir və qurdlar cütləşənədək burda qalırlar. Dişi cinsi orqanları yumurtalıqdan, yumurta borusundan və toxumqebuledicidən ibarətdir. Yumurtalıq armudşəkilli olub, bir cütdür və 13-cü buğumda yerləşmişdir. Bu buğumda yumurta borularının qıfı vardır. Cüt yumurta boruları qısadır və 14-cü buğumdan cinsi dəliklə xaricə açılır. Toxumqəbuledicilər iki cütdür. Onlar şarşəkilli formadadır və 9–10-cu buğumların hər birində iki ədəd olmaqla yerləşmişdir[1].

Çoxalması və inkişafı

[redaktə | mənbəni redaktə et]

Yağış qurdunda mayalanma çarpaz gedir. Cinsi yetişkənliyə çatan yağış qurdları cütləşirlər. Bu vaxt qurdlar baş tərəfin qarın nahiyyəsində bir-birilə birləşir. Bu birləşmə nəticəsində hər iki qurd toxum xaric edir. Xaric olunmuş toxumlar 9 və 10-cu buğumlarda olan toxumqəbuledicilər tərəfindən qəbul edilir. və burada saxlanılır. Bu proses tamamlandıqdan sonra hər qurd bir-birindən ayrılırlar. Yumurtaların yetişib xaric olması ilə əlaqədar olaraq hər iki qurdun kəmər hissəsində epiteli vəzlərin fəaliyyəti artır. Vəzlərin ifraz etdiyi mayedən mufta adlanan hissə əmələ gəlir. Mufta 14-cü buğumda yerləşən diçi cinsi dəlikdən keçərkən ona yumurtalar, 9–10-cu buğumdan keçərkən mübadilə olunmuş toxumlar buraxılır. Mufta hərəkət etdirilərək baş hissədən çıxır və ucları birləşərək barama əmələ gəlir. Barama torpağa qoyulur və içərisində 1–3 mayalanmış yumurtalar olur. Yağış qurdunun inkişafı metamorfozsuz olub, sürfə mərhələsi olmur[1].

  1. 1 2 3 4 5 6 7 8 9 Behlul Ağayev. Onurğasızlar zologiyasından laboratoriya məşğələləri. ADPU: Bakı. 2004. səh. 127-134.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]