Yaşıl enerji

Bərpa olunan enerjilərdən istifadə son dövrlərdə sürətlə artsa da, kömür, neft və təbii qaz hələ də enerji istehsalının ilkin mənbələri olaraq qalmaqdadır.[1]

Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji.[2] Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerjitəmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir.

Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır.

Ümumilikdə, günəş, küləkhidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür,[3] ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır.

Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər. Bu mənbələr 2019-cu ildə dünya miqyasında elektrik enerjisinin 8,5%-ni istehsal etdi və bu rəqəm sürətlə böyüməyə başladı.[4] Külək, günəş və batareyaların xərclərinin artan investisiyalardan gələn yenilik və miqyaslı iqtisadiyyatlar sayəsində azalmağa davam edəcəyi proqnozlaşdırılır.

Qlobal istiləşməni 1,5 °C-yə qədər məhdudlaşdırmaq üçün təklif olunan yollar elektrik və istilik enerjisi istehsalının aşağı emissiya üsullarının sürətli tətbiqini və nəqliyyat kimi sahələrdə elektrik enerjisindən daha çox istifadəyə doğru bir dəyişikliyi tələb edir. Həll yolarına enerji istehlakının azaldılması, bərpa olunan elektrik enerjisi və istehsal olunan hidrogen və ya karbon tutma və saxlamaya malik olan az karbonlu yanacaqların istifadəsi kimi tədbirlər daxildir. Bu hədəflərə çatmaq üçün karbon qiymətləri, enerjiyə istiqamətli siyasətlər və təbii yanacaq subsidiyalarının tədricən azaldılması da daxil olmaqla, dövlət siyasətləri tələb olunacaq.

  1. Friedlingstein, Pierre; Jones, Matthew W.; O'Sullivan, Michael; Andrew, Robbie M.; Hauck, Judith; Peters, Glen P.; Peters, Wouter; Pongratz, Julia; Sitch, Stephen; Le Quéré, Corinne; Bakker, Dorothee C. E. "Global Carbon Budget 2019". Earth System Science Data (English). 11 (4). 2019: 1783–1838. doi:10.5194/essd-11-1783-2019. ISSN 1866-3508. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  2. Kutscher, Charles F. Principles of sustainable energy systems. Milford, Jana B., Kreith, Frank (Third). Boca Raton, FL: CRC Press. 2019. Chapter 1. ISBN 978-0-429-48558-9. OCLC 1049150051.
  3. Ritchie, Hannah. "What are the safest and cleanest sources of energy?". Our World in Data. 10 February 2020. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
  4. "Wind & Solar Share in Electricity Production Data". Enerdata. 2019-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.