Yaşıl kimya

Yaşıl kimya — (ing. “Green chemistry”) – kimyada bir elmi istiqamət olub, ətraf mühitə müsbət təsir edən istənilən kimya proseslərinin hər hansı bir təkmilləşməsidir. Elmi istiqamət kimi XX əsrim 90-cı illərində yaranmışdır.

Yaşıl kimyanın strateqiyası

[redaktə | mənbəni redaktə et]

Yaşıl kimya mühüm strateqiyanı da irəli sürür. Bu , zərərli maddələrdən ümumiyyətlə, azad olan ilkin materialların və proseslərin düşünülmüş seçimidir. Yaşıl kimya özü bir incəsənətdir ki, hansı ki, istənilən bir lazımi maddənin alınmasında ətraf mühit üçün ən zərərsiz olan yolların seçimini təmin edir.

Yaşıl kimyanın fərqliliyi

[redaktə | mənbəni redaktə et]

Ətraf mühitin kimyası – kimyəvi çirkləndiricilərin mənbə, yayılma, davamlıq və təsirlərini öyrənir. Ətraf mühit üçün kimya (Yaşıl Kimya)- bu növ çirklənmələrdən azad olmağın kimyəvi həllərini axtarır və onların tətbiqini təşkil edir. Burada bir neçə mümkün yol mövcuddur:

  1. Ətraf mühitə daxil olan çirkləndiricilərin məhv edilməsi;
  2. Çirkləndiricilərin yaylmasının qarşısını almaq;
  3. Onların istehsalını dayandırmaq – kimya məhsullarının mövcud olan alınma üsullarının yeni üsullarla əvəz edilməsi. .

İlk iki istiqamət Ekoloji kimyanın tətbiq sahəsinə aiddir, üçüncü istiqamət isə Yaşıl kimya sahəsini təmsil edir.

Yaşıl kimya prinsiplərinin istehsalatda tətbiqi

[redaktə | mənbəni redaktə et]

Dünyanın bir çox laboratoriyalarında kimyəvi reaksiyalar və proseslərin yeni sxemlərinin işlənib hazırlanması iritonnajlı kimya istehsalatının ətraf mühitə təsirinin azaldılmasına yönəldilir. Aqressiv mühitdən kimyəvi zərərlənmə riskini azaltmaq məqsədilə istehsalçılar öz işçilərini bu maddələrlə təmasda olmaqlarını məhdudlaşdırırlar.

Yaşıl kimya prinsiplərinin ardıcıl tətbiqi istehsala qoyulan sərflərin azalmasına gətirib çıxarır, yəni istehsal zamanı hər hansı bir zərərli kənar məhsulların əmələ gəlməməsi səbəbindən, həlledicilərin və digər tullantıların zərərləşdirilməsi və emalı mərhələlərinin aparılmasına da ehtiyac qalmır. İstehsalat prosesində mərhələ sayının azaldılması enerjiyə qənaət etməklə yanaşı həmçinin istehsalatın iqtisadi və ekoloji cəhətdən müsbət qiymətləndirilməsinə gətirib çıxarır. Hal-hazırda Yaşıl kimyanın elmi istiqamətinin çoxlu tərəfdaşları var.

Yaşıl kimyanın inkişafı yolları

[redaktə | mənbəni redaktə et]

Yaşıl kimyanın inkişafının istiqamət yollarını bir neçə qrupa bölmək olar:

  • Sintezin yeni metodlarının tətbiq edilməsi ( çox zaman reaksiyalarda katalizator istifadə etməklə);
  • Bərpaolunan xammal və enerji mənbələri (yəni, neft mənşəli olmayan mənbələrdən istifadə edilməsi);
  • Ənənəvi üzvi həlledicilərin dəyişdirilməsi.

2005-ci ildə R.Noyori Yaşıl kimyanın inkişafında üç əsas istiqaməti - yüksəkkritik CO2–nın həlledici qismində istifadə olunmasını; hidrogen peroksidin su məhlulunun oksidləşdirici kimi istifadəsini; hidrogeni assimetrik sintezdə istifadəsini təklif etdi.

  1. P.T.Anastas, J.C.Warner, Green Chemistry: Theory and Practice, Oxford University Press, New York, 1998, p.30
  2. Ryoji Noyori. Pursuing practical elegance in chemical synthesis. Chemical Communications, 2005, (14), 1807—1811 Abstract
  3. Information about the Presidential Green Chemistry Challenge (англ.). EPA.
  4. GreenChemistry.ru — Зеленая химия Научно-образовательный . Центр «Химия в интересах устойчивого развития»