Yaşıl kitab — filmi caz pianoçusu Don Şirlinin, sürücüsünün və mühafizəçisi Toni Lipanın 1962-ci ildə ABŞ-yə səyahətləri haqqındakı real yaşanmış hekayədən bəhs edir.[3]
Yaşıl Kitab | |
---|---|
Green Book | |
Janr |
bioqrafik dram komediya |
Əsas mövzu | Afroamerikalılar[2], Bağlılıq[2], Sosial təcrid[2] |
Rejissor | Piter Farrelli |
Baş rollarda | Linda Kardellini, Sebastyan Maniskalo, Dimitar Marinov |
Operator |
|
İstehsalçı |
Universal Pictures DreamWorks Participant Media Innisfree Pictures Wessler Entertainment |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 11 sentyabr 2018 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 130 dəq.[1] |
Büdcə | $23 million |
Gəlir | 321.752.656 $ |
Ölkə | ABŞ |
Dillər | ingilis dili, italyan dili |
Rəng | rəngli |
IMDb | ID6966692 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin süjeti real hadisələrə əsaslanır. Toni mühafizəçi işləyən orta yaşlı kişidir. Hamı onu “Çərənçi” adlandırır. Çünki istənilən mövzuda boşboğazlıq etməkdə mahirdir. Elə ki, danışmağa başladı, “ağzını bağlamaq olmur”. Bundan başqa burnunu başqalarının işlərinə soxur, hamıya məsləhətlər verir. Günlərin bir günü köhnə tanışı ona zəng edərək, elmlər doktoru olan bir tanınmış musiqiçinin özünə qastrol səfəri üçün sürücü axtardığını xəbər verir. Tezliklə qaradərili musiqiçi Şerli ilə tanış olur. Onları qarşıda uzun və əyləncə dolu turne gözləyir. Yolda onlar afroamerikalılar üçün təhlükəsiz yerlərin siyahısı göstərilən "Yaşıl kitab"dan istifadə edirlər.
Mükafat | Kateqoriya | Namizəd | Nəticə |
---|---|---|---|
Oskar | Ən yaxşı film | Peter Farrell | Qələbə |
İkinci planda ən yaxşı aktyor | Maherşala Ali | Qələbə | |
Ən yaxşı orijinal ssenari | Peter Farrelli | Qələbə |