Yaşar İskəndərov

Yaşar Qara oğlu İskəndərov (10 sentyabr 1973, Arıqıran, Gədəbəy rayonu1993) — şəhid.

Yaşar İskəndərov
Yaşar İskəndərov Qara oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gədəbəy rayonu
Vəfat tarixi 1993-ci il
Vəfat yeri Xalyarli yaylaği
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Gədəbəy rayonu
Dəfn tarixi 1993-ci il
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan
Hərbi fəaliyyəti
Xidmət illəri 1992-1993
Döyüşlər Gədəbəy rayonun da Örükdaş, Keçəldağ, Keçidərəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

İsgəndərov Yaşar 10 sentyabr 1973-cü ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Həmin il hərbi xidmətə öz Vətən borcunu verməyə yollanmışdır… Yaşar hərbi xidmətini Ağdamda mina mühəndis batalyonundan başlamışdır. Bir müddətdən sonra Yaşarı Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən batalyona göndərirlər. Yaşar az vaxt ərzində öz döyüş yoldaşlarınm və rəhbərliyin hörmətini qazanır, baş serjant rütbəsinə yüksəlir. Hərbi qabiliy-yətini nəzərə alan komandanlıq onun sənədlərini 1992-ci il fevral aymda ali hərbi məktəbə hazırlayır. Atalar yaxşı deyib: "Sən saydığım say, görək fələk nə sayır". Müharibə Yaşarın da taleyinə qələm çəkdi. Cavankən arzularını soldurdu. Yaşar Gədəbəy rayonunun füsunkar təbiəti olan Örükdaş, Keçəldağ,Keçidərəsi və s. yaylaqlarda şücaətlə döyüşdü. O, Keçidərəsi yaylağında ermənilərin mühasirəsində qalan 23 nəfəri mühasirədən qurtarmışdı. Onun son qoçaqlığı isə Xalyarlı deyilən yaylaqda olmuşdu… Yaşar iyunun 29-u 1993-cü ildə batalyona qayıdır və xəbər tutur ki, erməni quldurları Xalyarlı yaylağında qoyun otaran 17 yaşlı iki yeniyetməni öldürüb, camaatın 250 baş qoyununu aparıblar, uşaqların meyidini isə vermək istəmir-lər. Yaşar döyüş yoldaşları ilə hadisə yerinə yola düşür. Dördsaatlıq ağır döyüşdən sonra ermənilər qaçmağa məcbur olur. Uşaqların meyidləri geri alınır. Yaşar isə həmin döyüşdə qəhrəmancasına həlak olur. Ölümündən sonra adı doğma kəndinin məktəbinə verilmişdir. Yaşarın məzarının üstünə belə bir bayatı yazılmışdır: Əziziyəm, bu dağı, Duman aldı bu dağı, Vətən yolunda şəhid oldum, Dərd bilməyin bu dağı.

Təhsili[redaktə | mənbəni redaktə et]

1992-ci ildə orta məktəbi bitirib. Həmin il hərbi xidmətə öz Vətən borcunu verməyə yollanmışdır… Yaşar hərbi xidmətini Ağdamda mina mühəndis batalyonundan başlamışdır. Bir müddətdən sonra Yaşarı Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən batalyona göndərirlər. Yaşar az vaxt ərzində öz döyüş yoldaşlarınm və rəhbərliyin hörmətini qazanır, baş serjant rütbəsinə yüksəlir. Hərbi qabiliy-yətini nəzərə alan komandanlıq onun sənədlərini 1992-ci il fevral aymda ali hərbi məktəbə hazırlayır.

Ölümü və dəfn mərasimi[redaktə | mənbəni redaktə et]

Ölümündən sonra adı doğma kəndinin məktəbinə verilmişdir. Yaşarın məzarının üstünə belə bir bayatı yazılmışdır: Əziziyəm, bu dağı, Duman aldı bu dağı, Vətən yolunda şəhid oldum, Dərd bilməyin bu dağı.

İrsi və xatirəsi[redaktə | mənbəni redaktə et]

Hazırda qəbri Gədəbəy rayonunnun Arıqıran kəndində yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.gedebey-ih.gov.az/page/77.html