Arıqıran (əvvəlki adı: Çiçəkli) — Azərbaycan RespublikasınınGədəbəy rayonunun Arıqıran kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Gədəbəy rayonunun Çiçəkli kəndinin tarixi adı özünə qaytarılaraq Arıqıran kəndi adlandırılmışdır.[2]
Arıqıran/Arqıran/Arıqran kəndi Çətindərə çayının (Zəyəmçayın qolu) sağ sahilində, Haçaqaya dağının (Şahdağ silsiləsi) ətəyindədir. Güman edirlər ki, oykonim həmin ərazidə yaşayan və əsasən həşəratlarla qidalanan arıqıran adlı kiçik quşun adı ilə bağlıdır. 1991-ci ildən Çiçəkli adlandırılmışdır.[3]