Yaşar Cəlal oğlu Şamilov — AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti (2000–2015). Azərbaycanın Əməkdar Məşqçisi (1989).
Yaşar Şamilov | |
---|---|
Şamilov Yaşar Cəlal oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Laçın, Cicimli, Azərbaycan |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Sumqayıt |
Dəfn yeri | Sumqayıt |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | AFFA-nin Şimal Regional Futbol Federasiyasının Prezidenti |
Mükafatları |
Yaşar Şamilov 1945-ci il oktyabr ayının 22-də Laçın rayonunun Cicimli kəndində müəllim ailəsində anadan olub. 1963-cü ildə Laçın rayonunda orta məktəbi bitirib. 3 il hərbi xidmətdə olduqdan sonra 1965-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1981-ci ildə bitirib.
Uzun illər SSRİ çempionatının I dəstəsində çıxış edən Sumqayıtın "Polad" daha sonralar “Xəzər” komandasının rəisi vəzifəsində çalışıb.
1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb. 2000-ci ildən bu günə kimi AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışır. 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb.
Üç qız övladı var. Nəvəsi Bəybalayev Vüqar “ Bakı” futbol klubunun futbolçusudu.
Yaşar Şamilov 3 yanvar 2015-ci ildə vəfat edib[1].