Yaşar Lətifov

Yaşar Aydın oğlu Lətifov (16 iyun 1965, Bakı) — SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti (2016–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri.[1]

Yaşar Aydın oğlu Lətifov 16 iyun 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

Təhsili və karyerası

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə İ. M. Qubkin adına Moskva NeftQaz İnstitutunu "Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə bitirərək "Azneft"in 2 saylı Binəqədi Neft-Qaz Çıxarma İdarəsində operator kimi əmək fəaliyyətinə başlamış, daha sonra usta vəzifəsinə keçirilmişdir. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük BritaniyaTürkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərmişdir. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan SOCAR "Upstream Management İnternational MMC"nin İcraçı Direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il Sərəncamı ilə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.[2]

28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.[3]

  1. "SOCAR-ın daha 3 keçmiş vitse-prezidentinə şirkətdə vəzifə verilib". 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
  2. (Azərbaycan). socar.az http://www.socar.az/socar/az/company/management/Vice-President-for-Geology-and-Geophysics (#bare_url_missing_title). 2019-06-27 tarixində arxivləşdirilib.
  3. "Y.A.Lətifovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.