Xalik Rəfi oğlu Məmmədov (28 iyun 1958, Kakalos, Astara rayonu) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti (2007–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri (2023-cü ildən).[1]
Xalik Məmmədov | |
---|---|
Xalik Rəfi oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyun 1958 (66 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Məmmədov Xalik Rəfi oğlu 28 iyun 1958-ci ildə Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. 1984-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektrik ixtisası üzrə bitirmişdir. "Personalın idarə olunmasında motivasiyanın rolu" mövzusunda elmi işi sayəsində İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 8 elmi məqalənin müəllifidir.
Əmək fəaliyyətinə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda başlamışdır. Energetik, Enerji təchizatı sexinin rəis müavini, 1985–1991-ci illər ərzində Yeni Bakı Neftayırma Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991–1992 illərdə Bakı şəhəri Nizami rayonu XDS İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini, Yeni Bakı Neftayırma Zavodu nəzdində "Azinteroyl" Müştərək Müəssisəsinin texniki direktoru, 1992–1994-cü illər ərzində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat şöbəsinin baş mütəxəssisi, 1994–2005-ci illərdə "Azərneftyanacaq" İstehsalat Birliyində (daha sonra "Azərneftyanacaq" Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu adlandırılmışdır) kadrlar şöbəsinin rəisi, 1996-cı ildən baş direktorun müavini, direktorun rejim və kadrlar üzrə müavini vəzifələrində çalışmışdır.
2005-ci ilin noyabr ayından SOCAR-da İşlər İdarəsinin rəisi və 2007-ci ildən isə SOCAR-ın Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse prezidenti, 2021-ci ildən 2023-cü ilə qədər Dövlət Neft Şirkətinin Vitse prezident vəzifəsində çalışıb.[2] Səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə Əməkdar mühəndis fəxri adına layiq görülmüş və II dərəcəli Əmək Ordeni ilə təltif olunmuşdur.
1986–1992-ci illər ərzində Azərbaycan Həmkarlar İttifaqı Şurasının Rəyasət heyətinin üzvü, 1990–1992-ci illər ərzində Ümumittifaq Həmkarlar İttifaqı Konfederasiyasının (ÜİHİK) üzvü, ÜİHİK-in Əməyin Mühafizəsi və Ekologiya Komissiyasının Əməyin mühafizəsi üzrə alt komissiyasının sədri seçilmişdir. SSRİ Həmkarlar İttifaqının XVIII və XIX qurultaylarına nümayəndə seçilmişdir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin (ABTM), Bakı Fransız Liseyinin (BFL) və SOCAR Medianın idarə heyətinin sədri, "SOCAR plyus" jurnalının baş redaktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.[3]