Yaşar Universiteti

Yaşar Universiteti (türk. Yaşar Üniversitesi) — Türkiyənin İzmir şəhərində yerləşən universitet. Universitetdə dərslər türk və ingilis dillərində keçirilir. Yaşar Universiteti Türkiyədə İngilis Dili Proqramı Akkreditasiya Komissiyası tərəfindən akkreditə olunmuş ilk universitetdir.[3]

Yaşar Universiteti
Yaşar Üniversitesi[1]
Xəritə
38°27′16″ şm. e. 27°12′09″ ş. u.HGYO
Əsası qoyulub 2001
Tələbə sayı 10.423[2]
Ölkə
Sayt yasar.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1999-cu ildə Səlcuk Yaşar İdman və Təhsil Vəqfi[4] İzmir şəhərində müasir bir universitet olaraq Yaşar Universitetini qurmaq qərarına gəldi. Türkiyə Böyük Millət Məclisi universitetin yaradılması haqqında qanunu 29 mart 2001-ci ildə təsdiqlədi. 2002-ci ildə universitetin Alsancak korpusunda təhsilə başlanıldı.

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]

Yaşar Universiteti 25 fərqli akademik proqramı olan 7 bakalavr fakültəsinə bölünür.

Elm və Ədəbiyyat Fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • İngilis dili və ədəbiyyatı
  • Riyaziyyat
  • Statistika
  • Psixologiya
  • Tərcümə

Memarlıq fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Memarlıq
  • Daxili memarlıq
  • Ətraf Mühitin dizaynı

Mühəndislik fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Kompüter mühəndisliyi
  • Elektrik və Elektronika mühəndisliyi
  • Enerji Sistemləri mühəndisliyi
  • Sənaye mühəndisliyi
  • Proqram mühəndisliyi

Kommunikasiyalar fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • İctimaiyyətlə Əlaqələr və Reklam
  • Radio, Kino və Televiziya
  • Vizual kommunikasiya dizaynı

İqtisadiyyat və İnzibati Elmlər fakültəsi

[redaktə | mənbəni redaktə et]

Bütün şöbələr üçün tədris dili ingilis dilindədir.[5]

  • Biznesin idarə edilməsi
  • İqtisadiyyat
  • Beynəlxalq Logistika İdarəetməsi
  • Beynəlxalq Ticarət və Maliyyə
  • Səyahətlərin İdarə edilməsi və Turizm rəhbərliyi
  • Beynəlxalq əlaqələr

İncəsənət və Dizayn fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Kino dizaynı
  • Qrafik dizayn
  • Sənaye dizaynı
  • Musiqi

Hüquq fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Hüquq üzrə LLB (Onlayn dərslər)

Xarici dillər fakültəsi

[redaktə | mənbəni redaktə et]

Yaşar Universitetinin Xarici Dillər fakültəsi ingilis dilini bilməyən tələbələr üçün ingilis dilində hazırlıq kursu təklif edir. Xarici Dillər Məktəbində tədris olunan digər dillərə rus, ispan, italyan, alman, yapon, fransız və portuqal dilləri daxildir.[6]

Magistratura proqramı iki magistratura məktəbindən ibarətdir:

  • Sosial Elmləri Ali məktəbi
  • Təbiət və Tətbiqi Elmlər Ali məktəbi
  • Lisansüstü təhsil İnstitutu

Kolleclərində (Lisansüstü məktəblər) 22 müxtəlif magistratura və PhD proqramı və

9 subbakalavr proqramı var.[7]

Elektron Məlumat və Sənədləşmə mərkəzi

[redaktə | mənbəni redaktə et]

Yaşar Universitetinin Elektron Məlumat və Sənədləşmə Mərkəzi Universitetin milli və beynəlxalq səviyyədə təhsil və tədqiqat missiyasına əlavələr edir. Tələbələr və müəllimlər audio-vizual materiallar, jurnallar və qəzetlər də daxil olmaqla müxtəlif mənbələrdən istifadə edə bilirlər. Elektron Məlumat və Sənədlər mərkəzi Konqres Kitabxanasının təsnifat sisteminə uyğun olaraq təsnif edilir. Elektron resurslara daxildir: 50.000-dən çox elektron kitab və 19.000 elektron jurnalı əhatə edən 25 baza.[8]

Səlcuq Yaşar Kampusu

[redaktə | mənbəni redaktə et]

İzmirin Bornova rayonunda yerləşən Səlçuk Yaşar kampusu Yaşar Universitetinin əsas kampusu kimi xidmət edir.

İdman mərkəzi

[redaktə | mənbəni redaktə et]

Universitetin İdman mərkəzində tələbələrin sağlam qalması üçün müxtəlif növ fiziki fəaliyyətlər həyata keçirilir. İdman mərkəzinə daxildir: idman zalı, tennis kortu, rəqs studiyası, voleybol və basketbol meydançaları.[8]

Media mərkəzi

[redaktə | mənbəni redaktə et]

Universitetdə yüksək texnologiyalı media mərkəzi fəaliyyət göstərir. Televiziya və radio studiyalarının yüksək dəqiqliklə yayımladığı ilk türk universitetidir. Media Mərkəzi müxtəlif dillərdə müntəzəm televiziya və radio proqramları hazırlayır və Yaşar Universitetinin tələbələrinə yüksək keyfiyyətli avadanlıqla praktiki təcrübə imkanı verir.[8]

Alsancak kampusu

[redaktə | mənbəni redaktə et]

Kampus universitetin Alsancak şəhərciyində 2014-cü ilə qədər Xarici Dillər Məktəbi kimi fəaliyyət göstərirdi. 2014-cü ildə bütün bölmələr Səlcuq Yaşar Kampusuna birləşdirildi.

Araşdırma mərkəzləri

[redaktə | mənbəni redaktə et]
  • Açıq və Distant Tədris Tətbiqi və Araşdırma Mərkəzi
  • Akdeniz Tətbiq və Araşdırma Mərkəzi
  • Qadın və Ailə Araşdırmaları Mərkəzi
  • Dizayn Tətbiqi və Tədqiqat Mərkəzi
  • Davamlı Təhsil Mərkəzi
  • Beynəlxalq Hüquq Tətbiqi və Tədqiqat Mərkəzi
  • İnnovativ Tədris Tədqiqat Mərkəzi[9]
  • Karyera və Məzun Mərkəzi[10]
  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. https://istatistik.yok.gov.tr.
  3. "Arxivlənmiş surət". 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  4. "Arxivlənmiş surət". 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  5. "Maritime & Logistics Programs". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  6. "Yaşar University | School of Foreign Languages". Yaşar University. 17 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2011.
  7. "Programmes | International Office". Yaşar University. 27 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2011.
  8. 1 2 3 "Facilities | International Office". Yaşar University. 28 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2011.
  9. "Arxivlənmiş surət". 2024-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  10. "Arxivlənmiş surət". 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]