Elektron kitab (sənəd)

"Amazon Kindle" e-kitabının oxunması

Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur.

Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi. Hal-hazırda İnternetdə mövcud olan elektron materialların əksəriyyəti HTML mətn formatında yaradılır. Bu formatın çatışmayan cəhəti ondadır ki, o nəşrdə istifadə olunan şriftə çox həssasdır. Belə ki, istifadəçinin kompüterində nəşrdə istifadə olunan şrift yoxdursa bu, sənədlərə baxış zamanı problemlər yarada bilər. HTML formatından fərqli olaraq Adobe firması tərəfindən 1993-cü ildə yaranan PDF formatında isə elektron materialların hansı kompüterdə və hansı şriftlə yaradılmasından asılı olmayaraq, sənədlərə normal baxış təmin etmək olar. PDF formatına elektron sənədlərin kompaktlı formatı kimi baxmaq olar. Son illərdə şəbəkə elektron nəşrlər meydana çıxmağa başlayıb. Artıq tələbələrin və ümumiyyətlə kompüter istifadəçilərinin əksəriyyəti internet qlobal şəbəkəsi, veb-saytveb-səhifə məfhumu ilə tez-tez rastlaşırlar. Hal-hazırda İnternet şəbəkəsində yalnız elektron şəbəkə formasında, kitab və kitabçaların analoqları olan elektron nəşrləri əks etdirən nəzərəçarpacaq sayda saytlar mövcuddur. Bu səhifələrin həcmi nəşrin tematikasını göstərməklə onlarla kitabxana siyahısından təşkil olunduğundan kifayət qədər böyük həcmə malikdir. Hər bir kitabxananın kataloqundan istifadə etməklə istənilən informasiyanın axtarışı və istifadəsi təmin olunur.

Elektron kitab (qurğu) və ya E-book

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Elektron kitab (qurğu)

Elektron kitab qurğusu və ya E-book reader – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir). Həcmi minimum 16 mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da minimum 3200 mətn səhifəsini və ya ən azı 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir. E-book — elektron kitabların saxlanması və oxunması üçün mikrokompüterdir.

border=none Əsas məqalə: Audiokitab

Elektron kitabda oxucunu dinləyiciyə çevirmək üçün audiokitabdan istifadə edilə bilər. Audiokitab oxucunu dinləyiciyə çevirən hazır ədəbiyyat məhsuludur. Bədii əsəri növündən asılı olmayaraq, onu monoton, yorucu olmayan səslə dinləyiciyə (oxucuya) çatdırmaqdır. Burada səs vacib rola malik olduğu kimi səsi müşayiət edən musiqi və digər səs effektləri də az rol oynamır. Dinləyici eşidəcəyi ədəbiyyat nümunəsini qulağı ilə oxumaq imkanını əldə etməlidir. Adətən Audiokitabda istifadə edilən musiqilər məhz həmin əsər üçün yazılır. Nə vaxtsa başqa yerdə eşidilən musiqi təkrar istifadə olunursa, audio kitabda həmin təkrarçılıq dinləyicidə istiqaməti dəyişdirə bilər. Bununla da dinləyici eşitdiyi ədəbiyyat nümunəsində fikri dağıla, bu musiqini daha harada eşitdiyi haqda fikirləşə bilər.

  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]